Icma.az
close
up
RU
Paşinyan haqlıdır, Ermənistanda hakimiyyətə o gəlməməlidir Ekspertdən çağırış

Paşinyan haqlıdır, Ermənistanda hakimiyyətə o gəlməməlidir Ekspertdən çağırış

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Ermənistan Baş naziri Nikol Paşinyan haqlıdır. Samvel Karapetyan kimi birisinin hakimiyyətə gəlişi sülh quruculuğuna və bölgə ölkələri arasında əməkdaşlıq üçün yaxşı heç nə vəd etmir”.

Globalinfo.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Ermənistanda seçki kampaniyası bu ölkənin daxili işidir:

“Amma fikrimcə, Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanda müxalifətdən olan namizədlərin təxribatçı açıqlamalarına reaksiya verməsinə ehtiyac var. Məsələn, bəyan edilməlidir ki, Ermənistanda seçkidən sonra formalaşan hökumət sülh quruculuğundan və əvvəlki razılaşmalardan imtina edərsə, bunun həm iki ölkə arasındakı münasibətlərə mənfi təsirləri olacaq, həm də bölgədə yeni müharibə riski yaradacaq. Bu bəyanat ona görə əhəmiyyətlidir ki, Ermənistan vətəndaşları seçkidə doğru seçim etsinlər”.

Politoloq “Güclü Ermənistan” partiyasının lideri, ev həbsində olan iş adamı Samvel Karapetyanın video-müraciətindəki çıxışları xatırladıb:

“O, hakimiyyətə gələcəyi halda 300 min iş yeri yaradacağını, Rusiya ilə strateji ittifaqı bərpa edəcəyini, diaspora ilə əlaqələri gücləndirəcəyini, kilsənin rolunu yenidən artıracağını vəd edib. Samvel Karapetyan Baş nazir Nikol Paşinyanın “müxalifət hakimiyyətə gələrsə, sentyabr ayında Azərbaycanla müharibə başlayacaq” tezisinə belə cavab verib ki, o müharibəyə başlamaq fikrində deyil.

Buna baxmayaraq, Karapetyan müraciətində Azərbaycanla sülh quruculuğu, Ermənistan Konstitusiyasının dəyişdirilməsi məqsədilə referendumun keçirilməsi və “Tramp yolu” barədə heç nə deməyib, əksinə “Artsaxda etnik təmizləmə həyata keçirilib” iddiasını səsləndərib”.

Əliyar Xəlil
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Aprel 2026 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri