Icma.az
close
up
RU
Paşinyan hər şeyi etiraf etdi Yeni dövr başlayır

Paşinyan hər şeyi etiraf etdi Yeni dövr başlayır

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamaları bölgədə yeni nəqliyyat konfiqurasiyasının formalaşacağına dair ciddi siqnallar verir. O, Ermənistan ərazisindən Azərbaycan vasitəsilə həm daxili, həm də beynəlxalq daşımaların mümkünlüyünü dəstəklədiyini bildirib. Bu bəyanat regional əməkdaşlıq və kommunikasiyaların açılması baxımından diqqətçəkici hesab olunur. 

Məsələ ilə bağlı Yenisabah.az-a danışan politoloq Yeganə Hacıyeva bildirib ki, nəticələr yalnız Azərbaycan üçün maraqlı deyil, digər iştirakçıların da gözləntiləri var və regionda davamlı sülhün təşviqi üçün bu prosesin gözlə görünən nəticəsi olmalıdır:

"Artıq 5 ildir ki, regional kommunikasiyaların açılması ilə bağlı proseslər gedir. Ümumiyyətlə, bu proseslər hərtərəfli, mərhələli şəkildə inkişaf edir. Lakin hamıya aydındır ki, Cənubi Qafqazda gözlə görünən nəticələr olmalıdır Dördpendirli pizza

Qeyd edim ki, bu prosesdə təkcə Ermənistan deyil, həmçinin regional maraqları olan üçüncü tərəflərin də qazancları olacaq. Kommunikasiyaların açılışı üçün geosiyasi və geoiqtisadi məqamlar üzərində aparılan proseslərdən əlavə, bunun regionun daxilindən qaynaqlanan daxili tələbatları da mövcuddur. Bu kontekstdə Ermənistan daxilində baş verən prosesləri ayrıca qeyd etmək olar”.

Politoloq əlavə edib ki, Ermənistan baş naziri Nikol Paşinyan müəyyən bir siyasi xətt başlatmışdı və həmin xəttin davam etməsi üçün Ermənistan xalqına bu prosesin davamlılığını sübut etməyə çalışır:

“44 günlük Vətən müharibəsindən sonra onun hakimiyyətdə qalmasına dəstək verən tərəflərlə münasibətlər baxımından bu, vacibdir. Eyni zamanda, Ermənistan daxilində bu prosesin ölkənin iqtisadi vəziyyətinə də fayda verəcəyi ilə bağlı gözləntilər var. Gözlə görünən inkişaf olduğu təqdirdə, hökumət və başda olmaqla Nikol Paşinyan bunu ictimaiyyətə öz uğuru kimi təqdim edə bilər. Xüsusilə Əbu-Dabidəki görüşdə müzakirələrdən sonra bu kontekstdə dəyişikliklərin gözlə görünməsi vacibdir”.

Ekspertin sözlərinə görə, Ermənistanda cəmiyyətin Nikol Paşinyana qarşı çıxmasını iddia etmək üçün əsaslar azdır:

“Məsələn, iyun ayında kənardan dəstəklənən qrupların iştirakı ilə regionda maraqları olan qlobal güclərin Ermənistan daxilindəki qüvvələrinin aktivliyini müşahidə etdik. Lakin bu, heç bir halda bütün Ermənistan xalqının mövqeyi ilə eyniləşdirilməsi doğru olmaz.

Əgər bir analitik kimi siz məndən “Ermənistan daxilində Nikol Paşinyanın alternativi varmı?” deyə soruşsanız, mənim cavabım birmənalı olaraq “yoxdur” olacaq. Lakin təcrübə onu göstərir ki, proseslər bəzən qeyri-ciddi şəxsləri də lider obrazında önə çıxara bilir. Buna görə də Nikol Paşinyan digər güclər qarşısında real və əsaslı addımlar ataraq özünü sübut etməlidir”.

Rəvan Rzazadə


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 17 İyul 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see529

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see396

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see295

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see290

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see289

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see284

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see276

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see259

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see257

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see253

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see246

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see234

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see227

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see220

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see220

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see200

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see191

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see184

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see181

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri