Icma.az
close
up
RU
Putin üçün yeni dövr başlayır: Londondan Vaşinqtona zəng hər şeyi dəyişdi

Putin üçün yeni dövr başlayır: Londondan Vaşinqtona zəng hər şeyi dəyişdi

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Böyük Britaniyanın baş naziri Kir Starmer ilə ABŞ prezidenti Donald Tramp arasında növbəti telefon danışığı baş tutub. Musavat.com xəbər verir ki, bu barədə məlumat  Birləşmiş Krallığın hökumət saytında yayımlanıb. Tərəflər Parisdə keçirilmiş “İstəkli ölkələr koalisiyası” sammitini və Rusiya-Ukrayna müharibəsi fonunda Qərbin gələcək addımlarını müzakirə ediblər.

Rəsmi Londondan yayılan açıqlamada vurğulanır: “Liderlər Putinə qarşı kollektiv təzyiqlərin davam etdirilməsinin vacibliyində razılaşdılar.”

Kir Starmer iyulun əvvəlində keçirilən seçkilərdə qələbə qazandıqdan sonra baş nazir postuna keçib. ABŞ-da isə Donald Tramp bu ilin əvvəlində yenidən prezident postuna qayıdaraq vəzifəsinin icrasına başlayıb. Bu iki lider arasında ilk təmas olmasa da, yeni administrasiyalar dövründə geosiyasi koordinasiyanın istiqamətləri baxımından əhəmiyyətli bir mərhələ kimi qiymətləndirilə bilər.

Hurriyyet.az bildirir ki, Kir Starmer sol-mərkəzçi Leyborist Partiyanın lideridir, Donald Tramp isə mühafizəkar və sərt ritorikalı siyasəti ilə tanınır. Onların siyasi kimlikləri və beynəlxalq məsələlərə yanaşmaları fərqlidir. Ən əsası, Tramp Rusiya ilə münasibətləri yaxşılaşdırmaq, eyni zamanda Avropa ilə olan strateji bağları zəiflətmək xəttini izləyir. Bu səbəbdən Qərb düşərgəsində Trampın davranışları böyük narahatlıq doğurur.

Lakin belə bir fonda Starmerin Trampa zəng edərək onunla koordinasiyalı mövqe yaratmağa çalışması və Trampın Putinə təzyiqlərin davam etdirilməsinə razılıq verməsi xüsusi əhəmiyyət daşıyır. Bu hadisə, Starmerin həm Böyük Britaniyanın lideri kimi təşəbbüsü ələ aldığını, həm də anti-Rusiya koalisiyasının liderliyini Avropanın əlindən almağa başladığını göstərir.

Reallıq budur ki, Trampın prezidentliyə qayıdışı ilə ABŞ-Rusiya münasibətlərində yumşalma, əksinə ABŞ-Avropa münasibətlərində gərginlik müşahidə olunur. Vaşinqton Kiyevə münasibətdə daha sərt mövqe sərgiləyir, Ukraynaya verilmiş hərbi yardımın “borc” kimi qəbul edilməsi, nadir metallar üzrə razılaşmalarda ədalətsiz şərtlər irəli sürməsi, Zelenski administrasiyasının ciddi narazılığına səbəb olub. Bu da ABŞ-ın Ukraynaya dəstəyini şərtləndirdiyini və prosesin sülhlə deyil, Ukraynanın zəiflədilməsi hesabına yekunlaşdırılmasını istədiyini göstərir.

Trampın bu fonunda Starmerin təzyiqləri artırmaq ideyasına razı olması, əslində Londondan verilən diplomatik manevrin nəticəsidir. Dünən Tramp ABŞ televiziyalarına verdiyi müsahibədə Rusiya prezidenti Putinin Zelenskini qeyri-legitim prezident kimi tanımasını tənqid etmiş və Putinə qarşı təzyiqləri artıracağını bildirmişdi. Elə bu mövqenin ardınca Starmerlə razılaşma baş verməsi, ABŞ-ın Rusiya ilə bağlı mövqeyində yeni dönüş nöqtəsinin yarandığını göstərir.

Yeni dövr: Putin üçün koordinasiyalı təzyiqlərin başlanğıcı

Starmer və Tramp arasında bu təmas, şübhəsiz ki, Rusiya üçün mühüm siqnaldır. Artıq Qərbdə – xüsusilə də Avropada – Rusiya ilə bağlı strateji birlik üçün təşəbbüslər artır. Lakin bu birliyin tam formalaşdığını söyləmək hələ tezdir. Trampın mövqeyi hələ də qeyri-müəyyəndir və Vaşinqtonun Avropadakı əsas müttəfiqləri ilə münasibətləri gərgin olaraq qalır.

Ancaq Starmerin təşəbbüsü ilə baş verən bu təmas, həm Avropada koordinasiyanın artdığını, həm də Trampın yenidən Qərbin anti-Rusiya cəbhəsinə cəlb olunması üçün ciddi səylər göstərildiyini ortaya qoyur. Bu baxımdan, Putin üçün artıq yeni dövr başlayır — son iki ayla müqayisədə daha planlı, daha diplomatik və daha strateji təzyiqlərin həyata keçiriləcəyi bir mərhələ.

Musavat.com

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 31 Mart 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri