Paşinyan hökuməti ilə Erməni Apostol Kilsəsi arasında gərginlik dərinləşir
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ermənistanın Baş naziri Nikol Paşinyanla Erməni Apostol Kilsəsinin rəhbərliyi arasında münasibətlərdə gərginlik davam edir. Səbəb hökumətə yaxın qüvvələrin kilsənin maliyyə fəaliyyətinə nəzarət etmək istəməsidir.
Milli.Az xəbər verir ki, hakim "Mülki müqavilə" partiyasının parlament fraksiyası kilsənin dövlətə maliyyə hesabatı verməsini nəzərdə tutan qanun layihəsi üzərində işləmək niyyətindədir. Bu barədə fraksiyanın katibi Artur Ovannisyan sosial şəbəkədə məlumat verib.
O, bildirib ki, şəxsi "Facebook" səhifəsində keçirdiyi sorğuda iştirak edən 2679 nəfərin 96 faizi (2575 nəfər) kilsənin dövlətə hesabat verməli olduğunu düşünür. Yalnız 4 faiz (104 nəfər) bunun əleyhinə çıxıb.
Ovannisyan əlavə edib ki, bu nəticələr qanunvericilik təşəbbüsü üçün əsas yaradır.
Asya
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 03 İyun 2025 18:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















