Icma.az
close
up
RU
Paşinyan II Qareginə ƏVƏZ TAPDI SEÇKİ OLACAQ

Paşinyan II Qareginə ƏVƏZ TAPDI SEÇKİ OLACAQ

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistanın baş naziri Nikol Paşinyan öz təşəbbüsü ilə keçirilən bütün ermənilərin katolikosu seçkilərində Ovanavank monastırının keşişi Aram Asatryanın namizədliyini dəstəkləmək qərarına gəlib. 
Bizim.Media xəbər verir ki, bu barədə erməni KİV-i yazır.
Qeyd olunur ki, hakimiyyət nümayəndələri Asatryanı “keçmişlərin” təqib etdiyi şəxs kimi təqdim edir və onu hər cür himayə edərək yaxınlaşan proseslərə daxil etməyə çalışırlar.
“Məhz o, Erməni Apostol Kilsəsinin sərt birliyini pozan və dini lideri tənqid edən yeganə ruhani hesab olunur”, — deyə materialda bildirilir.
Xatırladaq ki, Ermənistan rəhbərliyi ilə kilsə arasındakı münaqişə geriyədönüşü mümkün olmayan mübarizəyə çevrilir. Artıq tərəflər arasında qarşılıqlı ittihamlar, təhqirlər bütün əndazələri keçib. Baş nazir Nikol Paşinyan faktiki olaraq hər açıqlamalarında bütün ermənilərin katolikosu İkinci Qareginin istefasına çağırış edir, qarşı tərəf də onu təslimçilikdə ittiham edir.
 

Hakimiyyətə yaxın mediada yayılan son xəbərlərdə katolikosun tezliklə istefa verəcəyi vurğulanıb.


Məlumatda Qareginin başqa çıxış yolunun olmadığı, Nikol Paşinyana təslim olmaq məcburiyyətində olduğu vurğulanır. Lakin kilsə də bu çağırış və ittihamların qarşısında sakit durmaq, ittihamları cavabsız qoymaq fikrində deyil.
Qarşıdurma fonunda “əbədi və əzəli müttəfiqi” erməni lobbisinə müraciət edib. Onlarla İrəvanda görüş keçirib.
Erməni mediası II Qareginin Eçmiadzində (Üçkilsə) Amerika Erməni Assambleyasının (AAA) həmsədri Oskar Tatosyanı, keçmiş həmsədr Entoni Barsamyanı və icraçı direktor Brayan Ardunu qəbul etdiyini yazıb. Yaxınlarda digər ölkələrdən də diaspora ilə də analoji görüşlərin olacağı gözlənilir. İki gün öncə isə Qaregin Vatikana yola düşüb. 
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:212
embedMənbə:https://bizim.media
archiveBu xəbər 17 Sentyabr 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see377

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see280

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see228

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see225

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see217

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see210

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see207

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see205

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see200

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see195

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see190

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see189

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see187

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see184

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see177

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see171

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see170

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri