Paşinyan İlham Əliyevin Ermənistana göndərilən yüklərin tranzitinə icazəyə dair qərarını ALQIŞLADI
Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana yüklərin Azərbaycan ərazisindən tranzitinə icazə verilməsi ilə bağlı qərarını alqışlayıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki,bu barədə Paşinyan Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının Moskvada keçirilən iclasında çıxışı zamanı danışıb.
O, regionda müşahidə olunan müsbət dinamikanın iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün yeni imkanlar açdığını qeyd edib:
“Regional kommunikasiyaların açılması böyük regionun bütün ölkələri üçün iqtisadi dayanıqlığın gücləndirilməsinə və əlaqələrin genişlənməsinə mühüm töhfə verə bilər.
Azərbaycanın bu qərarı regionda sülhün və sabitliyin təmin olunması istiqamətində mühüm addımlardan biri kimi qiymətləndiririk”
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 11 Dekabr 2025 22:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















