Paşinyan ilk dəfə yekun rəqəmi açıqladı 4273 ölən var
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ermənistanın 44 günlük müharibədə verdiyi itkilərlə bağlı yekun rəqəm ötən gün açıqlanıb.
Modern.az xəbər verir ki, yerli televiziyalardan birində təşkil olunan debatlar zamanı hakim "Vətəndaş Müqaviləsi" partiyasının rəhbəri, Baş nazir Nikol Paşinyan hərbi əməliyyatlardan 6 il sonra itki sayını açıqlayıb.
"Bu günə olan məlumata görə, bizim ümumi itkimiz 4273 nəfər təşkil edir".
Amma onun açıqlaması müxalifət nümayəndələrinin etirazı ilə qarşılaşıb. Debat zamanı çıxış edən Ermənistanın keçmiş Ombudsmanı və “Birlik qanadları” partiyasının sədri olan Arman Tatoyan hakimiyyətin xalqdan real rəqəmləri gizlətdiyini iddia edib. O, əllərində konkret sübutların olduğunu vurğulayaraq bildirib: "Bizim məlumatlarımıza görə, müharibədə 4991 nəfər həlak olub. Bu rəqəm sadəcə statistika deyil, bizdə ölənlərin hamısının adbaad siyahısı mövcuddur".
Ermənistan Baş naziri Nikol Paşinyan isə müxalif rəqibinin bu ittihamlarına dərhal reaksiya verərək rəsmi statistikanı müdafiə edib.
Hakim partiya rəhbərinin müharibədəki itkiləri bu şəkildə açıqlaması ölkədə birmənalı qarşılanmayıb. Müxalifət tərəfi isə israrla bildirir ki, hökumət daxili auditoriyada yaranacaq etiraz dalğasından qorxduğu üçün hərbi itkilərin real miqyasını süni şəkildə azaldır. Hazırda ölkə ictimaiyyətində hansı rəqəmin doğru olduğu barədə müzakirələr və gərginlik davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 05 İyun 2026 10:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















