Icma.az
close
up
RU
Paşinyan imzaladı, Bakı sevindi: Sənəddə ermənilərin əlini qolunu bağlayan ifadə

Paşinyan imzaladı, Bakı sevindi: Sənəddə ermənilərin əlini qolunu bağlayan ifadə

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Vaşinqtonda keçirilmiş görüşünün nəticəsi olaraq açıqlanan birgə bəyannamə, regionda sülh, sabitlik və qarşılıqlı hörmət əsasında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Bəyannamədə BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq, keçmiş münaqişənin ağır izlərinin arxada qaldığı və parlaq gələcəyə doğru inamlı addımlar atılmasının zəruriliyi vurğulanır.

Həmçinin beynəlxalq sərhədlərin toxunulmazlığı və güc tətbiq etməklə ərazi əldə etmənin yolverilməzliyi prinsipi əsasında, dövlətlər arasında sarsılmaz qonşuluq münasibətlərinin qurulması üçün zəmin formalaşdıldı. Bu, düşmənçilik səhifəsinin bağlanması və qisas cəhdlərinin qətiyyətlə rədd olunması ilə gələcəkdə davamlı sülhə töhfə verir.

Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova bildirir ki, 8 avqust 2025-ci il tarixində Vaşinqton şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilmiş üçtərəfli görüşün nəticəsi olaraq imzalanmış Birgə Bəyannamə Azərbaycanın hərbi qələbəsinin diplomatik platformada təntənəli davamıdır:

“Bu sənəd 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi Zəfərin beynəlxalq hüquq və diplomatiya müstəvisində təsbit olunması istiqamətində mühüm əhəmiyyətə malikdir. Həmçinin Cənubi Qafqaz regionunda uzun illər davam etmiş münaqişənin tarixə qovuşması və dayanıqlı sülh gündəliyinin formalaşdırılması nöqteyi-nəzərindən strateji sənəd kimi çıxış edir. Bu razılaşma yalnız Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə yekunlaşmır, eyni zamanda beynəlxalq hüququn fundamental prinsipləri əsasında regional təhlükəsizlik və əməkdaşlıq mühitinin bərqərar olunmasına yönəlmiş dönüm nöqtəsidir.

Məlum olduğu kimi, Birgə Bəyannamədə BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinə istinad edilməsi tərəflərin ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyini rəsmən təsdiq edən mühüm məqamdır. Almatı Bəyannaməsinə əsasən, postsovet məkanında müstəqillik əldə etmiş dövlətlər keçmiş SSRİ dövründəki inzibati sərhədlərini qarşılıqlı olaraq tanıdıqlarını bəyan ediblər. Bu, faktiki olaraq Ermənistan tərəfindən Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanınması deməkdir. Eyni zamanda, bəyanatda qeyd olunan “yenidən təftiş mövzusu olmayan və heç bir zaman olmayacaq bu reallıq” ifadəsi Ermənistanın əvvəllər yürüdülən ərazi iddialarından imtina etdiyini göstərir”.


Aytən Qurbanova 

Politoloqun sözlərinə görə, bu, Ermənistan cəmiyyətində post-münaqişə dövrünün siyasi mədəniyyətinin və münaqişəsiz gələcəyin formalaşmasına yönəlmiş iradənin mövcudluğuna işarə edir:

Həmçinin oxuyun:

İlham Əliyev müsahibə verdi – VİDEO

Azərbaycan üçün bu sənəd ərazilərimiz üzərində dövlət suverenliyimizin bərpasının bir daha təsdiqi kimi mühüm əhəmiyyətə malikdir. Beləliklə, 44 günlük Vətən müharibəsi nəticəsində yaradılmış yeni geosiyasi reallıqlar beynəlxalq səviyyədə qəbul edilmiş olur.

Bəyanatda yer alan “biz indi və gələcəkdə hər hansı bir qisas cəhdini qətiyyətlə rədd edir və istisna edirik” ifadəsi isə çox mühüm siyasi mesajdır. Bu müddəa revanşist ritorikanın və etnik zəmində qarşıdurma çağırışlarının qarşısının alınmasına xidmət edir və sülh prosesinin geri dönməzliyi baxımından əhəmiyyətli öhdəlik kimi qiymətləndirilir. Həmçinin tərəflərin bu mövqeyi gələcək nəsillər üçün qarşılıqlı etimada əsaslanan münasibətlərin qurulmasına zəmin yaradır.

Vaşinqton Bəyannaməsinin imzalanması prosesində ABŞ Prezidenti Donald Trampın şəxsən iştirak etməsi və sənədə siyasi zəmanət verməsi onun sadəcə regional deyil, həm də qlobal siyasi və hüquqi çəkisini artırır. Son illərdə ABŞ-ın Cənubi Qafqazda artan diplomatik fəallığı fonunda bu prosesin təşəbbüskarı və zəmanətçisi kimi çıxış etməsi Azərbaycanın beynəlxalq platformalarda mövqeyinin möhkəmləndiyini göstərir”.

Politoloq bildirib ki, Birgə Bəyannamənin mühüm xüsusiyyətlərindən biri də ATƏT-in Minsk qrupu və onun institutlarının fəaliyyətinə hüquqi müstəvidə son qoyulması ilə bağlı razılaşmadır:

“Bu qərar uzun illər münaqişənin “dondurulmasına” xidmət etmiş uğursuz institusional mexanizmin tarixi olaraq sıradan çıxarılmasını rəsmiləşdirir. Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ildən etibarən bu formatın funksionallığını itirdiyini elan edib. Ona görə də, Vaşinqtonda prosesin siyasi-hüquqi müstəvidə yekunlaşması Azərbaycan diplomatiyasının sistemli və ardıcıl fəaliyyətinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir.

Qeyd etmək lazımdır ki, Birgə Bəyannamənin məzmunu yalnız dövlətlərarası münasibətlərin tənzimlənməsi üçün deyil, həmçinin ictimai şüurda sülhə və qarşılıqlı hörmətə çağırış məqsədilə xüsusi önəm kəsb edir. Tərəflər bu sənədlə bir-birinin suverenliyini tanımaq, zorakılıqdan uzaq durmaq və düşmənçilik səhifəsini bağlamaq barədə açıq və öhdəlikli mövqe ortaya qoymuşlar.

Nəticə etibarilə, bu razılaşma əsasında hazırlanacaq və ratifikasiya ediləcək Azərbaycan–Ermənistan yekun sülh sazişi Cənubi Qafqazda davamlı, beynəlxalq hüquqa əsaslanan və balanslı təhlükəsizlik arxitekturasının təməlini formalaşdıra bilər. Beləliklə, Vaşinqton Bəyannaməsi XXI əsrin ilk rübündə Cənubi Qafqazda sülhün və əməkdaşlığın təməlini qoyan, beynəlxalq hüquqla tam uzlaşan və qlobal güclərin diplomatik dəstəyi ilə rəsmiləşdirilən geosiyasi sənəddir. Bu sənəd Azərbaycan dövlətinin siyasi iradəsinin, qətiyyətli diplomatiyasının və milli maraqlara əsaslanan xarici siyasət kursunun parlaq təcəssümüdür”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Avqust 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri