Icma.az
close
up
RU
Bakı cavab istədi, Paşinyan etməliyik dedi Ermənilərin gözlədiyi tarix

Bakı cavab istədi, Paşinyan etməliyik dedi Ermənilərin gözlədiyi tarix

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanla Ermənistan arasında Vaşinqtonda paraflanmış sülh sazişi mətnində tərəflərin bir-birilərinə qarşı ərazi iddiası edə bilməyəcəyi və bunun üçün ölkə qanunvericiliyini əsas göstərməyəcəyi qeyd olunur.

Azərbaycan Prezidenti İlham Əliyev də üçtərəfli görüşdən sonra Ermənistanın vaxtında hərəkətə keçərək Konstitusiyanı dəyişdirməli olduğunu vurğuladı. Lakin İrəvan hökumətinin bu prosesi dəqiq nə zaman həyata keçirəcəyi bəlli deyil. Sadəcə hazırda yeni Konstitusiya mətni üzərində müzakirələrin getdiyi açıqlanıb. Baş nazir Nikol Paşinyan da son açıqlamalarında Konstitusiya islahatını ölkənin uzunmüddətli təhlükəsizliyi üçün zəruri addım kimi qiymətləndirib.

Globalinfo.az-a danışan siyasi şərhçi Anar İsayev bildirib ki, Azərbaycan Vaşinqton görüşünə qədər sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasında dəyişiklik edilməli olduğunu vurğulamışdı:

“Son günlər rəsmi açıqlamalara və Ermənistan mediasında yayımlanan xəbərlərə baxanda görünür ki, Nikol Paşinyan hökuməti Konstitusiya dəyişikliyi ilə bağlı dəqiq məlumat vermir. Lakin bu prosesin payızda baş tutma ehtimalı böyükdür. Sülh razılaşmasının paraflanmış mətni Ermənistan Konstitusiyasındakı bəzi maddələrlə, xüsusilə də Müstəqillik Bəyannaməsi ilə ziddiyyət təşkil edir. Həmin maddələrdə Qarabağ məsələsinə dair ifadələr var ki, Azərbaycan bunu sülh sazişinə maneə kimi qiymətləndirir.

Həmçinin oxuyun:

İrəvana yeni təlimat verildi: “O sənəddə Bakıya qarşı təhdid var”


Anar İsayev

Rəsmi Bakı dəfələrlə açıq şəkildə bəyan edib ki, Ermənistan bu addımı atmasa, razılaşmanın ratifikasiyası sual altında qala bilər. Nikol Paşinyanın son bir həftədə konstitusiya islahatı və referendum mövzusu ilə bağlı açıqlamalarına nəzər yetirdikdə görürük ki, o, həqiqətən də dəyişiklik edilməsinin tərəfdarıdır və bunu ölkənin uzunmüddətli təhlükəsizliyinin təmin olunması üçün vacib hesab edir.

Baş nazir son parlament iclasında da məsələni Azərbaycanın tələblərinə deyil, Ermənistanın öz milli maraqlarına uyğun olaraq həyata keçirəcəyini vurğulayıb. 8 avqustda mətbuata açıqlamasında isə Konstitusiya dəyişikliyi baş verməsə, sülh müqaviləsinin ratifikasiyasının sual altında qalacağını bildirib. Eyni zamanda, danışıqlar prosesində paraflanmış sənədin qorunması üçün siyasi iradənin mövcudluğunu və hüquqi maneələrin aradan qaldırılmalı olduğunu qeyd edib”.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Avqust 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see394

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see347

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see343

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see339

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see322

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see300

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see289

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see272

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see269

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see251

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see242

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see241

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see240

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see239

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see229

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see216

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see212

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri