Paşinyan İrəvanda deyil: nazirləri SMSlə işdən çıxarıb
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ermənistan Baş naziri Nikol Paşinyan bütün günü İcevanda olub, oradan şəkillər və videolar yerləşdirib.
Axar.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri ötən gün Ermənistanın bir neçə yüksək vəzifəli məmurunun istefaya getməsi ilə bağlı xəbərlər haqda qeyd edib.
Nəşrin iddiasına görə, Paşinyan bütün “qurbanlarına” SMS göndərib:
“SMS aşağıdakı məzmunda olub: işinizə görə təşəkkür edirəm, ərizə yazın - işdən azad olun. Həmin SMS-dən sonra hamı işə getmək üçün sübhün açılmasını belə gözləmədən ərizələr yazıb”.
Qeyd edək ki, Ermənistanın infrastruktur naziri Qmel Sanosyan, Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan, daxili işlər naziri Vahe Kazaryan və İstintaq Komitəsinin rəhbəri Argişti Kərəmyanın istefa ərizəsi yazdığı bildirilir.
Baxış sayı:95
Bu xəbər 18 Noyabr 2024 08:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















