Icma.az
close
up
RU
Paşinyan niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu?

Paşinyan niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu?

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Nikol Paşinyan ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla telefon danışığı aparıb, yüksək rütbəli məmurlarının, əsasən də təhlükəsizlik işçilərinin demək olar ki, yarısını işdən çıxarıb, sonra isə dərhal Vatikana – Papa Fransisklə görüşə gedib. Ola bilsin ki, bunlar eyni zəncirin müxtəlif həlqələridir, öz gücünü qorumağa hesablanıb, daha dəqiq desək, Paşinyan dünyada baş verən dəyişikliklərə uyğunlaşmağa və hakimiyyətini saxlamaq üçün yeni kənar dəstək tapmağa çalışır.

Gununsesi.info xəbər verir ki, bu sözləri erməni politoloq Avetis Babacanyan qeyd edib.

O bildirib ki, respublikaçı namizəd Donald Tramp və Demokratlar Partiyasının namizədi Kamala Harris arasındakı mübarizə təkcə iki partiya və fərqli ideologiyaya malik iki qüvvə deyil, həm də iki dünya ideologiyası – mühafizəkarlıq və neoliberalizm arasında mübarizə kimi təqdim edilir:

“Nəinki ABŞ-da, bütün dünyada siyasi proseslər üçün ciddi nəticələr vəd edən seçkilərdə mühafizəkarlar qalib gəldi. ABŞ dünya dövlətidir və orada baş verən hadisələr bütün dünyada və müxtəlif ölkələrdə gedən proseslərə təsir edir. Təbii ki, Ermənistan da istisna deyil. Paşinyan administrasiyasının ideologiyası tamamilə neoliberalizmdən ibarətdir. 2018-ci ilin məxməri inqilabı neoliberalların mühafizəkar ideologiyaya sadiq qalan respublikaçılar üzərində qələbəsidir.

Paşinyanın Ermənistanda təmsil etdiyi siyasi hərəkat ABŞ-da məğlub oldu. Güman edilir ki, Trampın qələbəsi Paşinyanı xarici siyasətdə əsas sponsoru olan Vaşinqtonun dəstəyindən məhrum edəcək və bunsuz Paşinyan hakimiyyətdə qala bilməyəcək. Paşinyanın gücü yalnız xarici dəstəyə əsaslanır. Ona qarşı siyasi mübarizə uğursuzluğa düçar olur, çünki o, ABŞ-ın açıq dəstəyindən istifadə edir. Onun hər hansı antidemokratik, diktator addımları ya “demokratik Qərb” tərəfindən bəyənilir, ya da diqqətdən kənarda qalır. Paşinyan çox yaxşı bilir ki, Trampın dövründə o, ABŞ-ın dəstəyini itirəcək. Yeri gəlmişkən, eyni şey Ukrayna Prezidenti Zelenski ilə də baş verir. İndi o (Paşinyan – red.), dəstəyini çox tez dəyişdirməyə və dünyada baş verən dəyişikliklərə uyğunlaşmağa çalışır; qızğın neoliberalistdən superkonservatora çevrilmək istəyir.

Dünyadakı mühafizəkar hərəkatın lideri kimdir? Təbii ki, Paşinyanın yanına tələsdiyi Papa Fransisk. Onun məqsədi Roma Papasını kökündən mühafizəkar, milli və ümumbəşəri dəyərlərin, xristianlığın və kilsənin sarsılmaz müdafiəçisi olduğuna, hər zaman LGBT hərəkatlarına və təbliğatına qarşı çıxdığına və sadəcə olaraq təsadüf nəticəsində bu qüvvələr tərəfindən əsir düşdüyünə inandırmaqdır. O, Trampın qələbəsini şəxsi qələbəsi kimi qiymətləndirir ki, bu da ona bu qüvvələrin əsarətindən xilas olmaq imkanı verir. Dediklərini daha inandırıcı etmək üçün yüksək vəzifəli məmurlarının yarısını işdən çıxarır və hökuməti az qala dağılmış halda Papanın yanına gedir. Papa Paşinyana dəstəyini ifadə edərsə, o, yeni hökumət qurmağa, neoliberalları mühafizəkarlarla əvəzləyərək yeni tip, yeni dəyərlər sistemi tərəfdarlarını vəzifələrə təyin etməyə hazırdır. Hətta ona hakimiyyətdə qalmaq imkanı verilsə, yeni parlament seçkiləri də təşkil edəcək və parlamentin tərkibini dəyişəcək. Onlar Papa Fransiskin cavabının nə olacağını bilmirlər, lakin onun rədd ediləcəyi güman edilir, çünki adamyeyən humanist, antixrist isə müqəddəs ola bilməz.

İddia oluna bilər ki, Tramp 2016-2020-ci illərdə hakimiyyətdə olub və Paşinyanın məxməri çevrilişi məhz bu dövrdə baş verib. Tramp administrasiyası dövründə Paşinyan neoliberal siyasətini həyata keçirə bildi. Amma hamı Trampın ikinci prezidentliyinin əvvəlkindən əhəmiyyətli dərəcədə fərqli olacağı qənaətindədir. O vaxt Tramp açıq müqavimətin onun fiziki məhvinə səbəb ola biləcəyindən ehtiyat edərək neoliberalların xarici siyasətinə uyğunlaşmaq üçün kompromislərə getməyə məcbur oldu. İndi o, həm hakimiyyətdə özünü güclü hiss etmək, həm komandasını, həm də bütün hakimiyyət sistemini tərəfdarları ilə təchiz etmək baxımından artıq daha hazırlıqlıdır”.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:251
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 20 Noyabr 2024 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri