Icma.az
close
up
RU
Paşinyan kilsəyə qalib gəlsə... ŞƏRH

Paşinyan kilsəyə qalib gəlsə... ŞƏRH

Icma.az, Modern.az saytına istinadən bildirir.

Ermənistanda Baş nazir Nikol Paşinyanla kilsə arasında qarşıdurma hər keçən gün daha da gərginləşir. Sonuncu dəfə erməni Baş nazir sosial şəbəkə hesabında qanunvericiliyin kilsəyə dair tələblərindən yazıb.

O bildirib ki, Erməni Apostol Kilsəsinin Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş Nizamnaməsi din xadimləri üçün hüquqi qüvvəyə malikdir.

Paşinyan vurğulayıb ki, subaylı andını pozan keşişlər Erməni Apostol Kilsəsinin Nizamnaməsinə görə, dini rütbədən məhrum edilməlidirlər.

Kilsənin Azərbaycana və azərbaycanlılara qarşı duruşu məlumdur. Belə ki, xalqımıza qarşı nifrət siyasəti məhz kilsə tərəfindən müdafiə və təbliğ olunur.

İndi əsas diqqətçəkən məqam ondan ibarətdir ki, Paşinyan erməni kilsəsinə qarşı mübarizəsində qalib gələ biləcəkmi? Paşinyanın erməni kilsəsinə qalib gəlməsi nəyi dəyişəcək?

Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, son hadisələr bir daha Ermənistanda siyasi proseslərdə azərbaycanlılar və türklərə qarşı düşmənçilik hissinin aşılanmasında, təbliğində erməni kilsəsinin ciddi rol oynadığını göstərir:

“Bir müddət Baqrat Srbazan adlı keçişdən hakimiyyətə qarşı istifadə edərək vəziyyəti gərginləşdirməyə çalışdılar. Bu alınmadıqda isə artıq növbəti fiqurlardan istifadə etməyə başladılar. Bunu anlayan Nikol Paşinyan qarşısına məqsəd qoyub ki, mütləq şəkildə kilsəni zəiflətməlidir. Kilsənin zəifləməsi də bizim maraqlarımıza uyğundur. Yəni bu, bölgəmizdəki proseslərə daha müsbət töhfəsini verəcək”.

Deputat vurğulayıb ki, kilsə zəifləyərsə, erməni faşist ideologiyası da zəifləyəcək:

“Azərbaycana qarşı kin-küdurət, düşmənçiliyi təbliğ edən Ermənistandakı bəzi mərkəzlər bu kimi məsələlərdə daha diqqətli və məsuliyyətli olacaqlar. Hesab edirəm ki, kilsə də özünün düşmənçilik fəaliyyətinə, Azərbaycana qarşı addımlarına son qoyacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 İyun 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri