Icma.az
close
up
RU
Paşinyan Kilsəyə “hücum” edib

Paşinyan Kilsəyə “hücum” edib

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kilsəsinin nümayəndələri də Paşinyanı ittiham ediblər

Paşinyan-Kilsə münasibətləri yenidən kəskinləşib. Paşinyan yenə Kilsənin bostanına daş atıb. Beləki, Ermənistan Baş naziri Nikol
Paşinyan sosial şəbəkə hesabında erməni katolikos II Qaregin haqda qeyd edib ki, o, könüllü olaraq subaylıq andını pozub və övladı var. Bu faktdır və əgər II Qaregin bunu inkar etməyə çalışsa, mən bunu lazımi formatda sübut edəcəm.
“Buna əsasən, Erməni Apostol Kilsəsinin Kanon Qanununa görə II Qaregin yepiskop, arxiyepiskop ola bilməz, seçilə bilməz, katolikos ola bilməz. Ktriç Nersisyan patriarxlığı boşaltmalıdır.
Erməni Apostol Kilsəsinin sadiq davamçısı kimi, mənəvi irsimizin hər bir dəyərinə, hər bir yadigarı, hər bir surətinə və daşına hörmətlə yanaşan şəxs kimi qeyd edirəm: Erməni Apostol Müqəddəs Kilsəsinin yeni seçilmiş katolikosu olmalıdır, onun yaxşı davranışı katolikosluq seçkilərinə qədər yoxlanılaraq təsdiqlənəcək.
Mən Erməni Apostol Müqəddəs Kilsəsinin sadiq davamçılarını patriarxlığın məhəbbətlə və xristian tərzdə azad edilməsi və bütün erməni katolikosu olaraq həqiqətən müqəddəs bir ruhanini seçmək gündəmi ətrafında birləşməyə çağırıram”, - Paşinyan bildirib.
Qeyd edək ki, erməni mediası bu postu “Paşinyan kilsəyə qarşı müharibəyə çağırdı” başlığı ilə yayıb.
Bundan öncə Paşinyan kilsə xadiminin “subaylıq andını” pozduğunu bildirsə də, onun kimliyini açıqlamamışdı.
O, Qaregenin məsələyə açıqlama gətirməli olduğunu deyib: “Qoy II Qaregin özü aydınlıq gətirsin: o, subaylıq andını pozubmu və onun uşağı varmı? Biz - onun mənsub olduğu kilsənin ardıcılları - həqiqəti ondan eşitmək hüququna malikik”.
Paşinyan bildirib ki, ölkə hakimiyyəti kilsəni xalqa qaytarmalıdır.
Baş nazir bunu "Facebook" hesabında yazıb: “Dövlət (hakimiyyət) xalqın mülkiyyətidir. Kilsə xalqın mülkiyyətidir. Biz dövləti (hakimiyyəti) xalqımıza qaytarmışıq. Kilsəni də xalqımıza qaytarmalıyıq”, - Paşinyan qeyd edib.
Erməni Apostol Kilsəsinin nümayəndələri də Paşinyanı həyat yoldaşı ilə nikaha girməməkdə ittiham ediblər. Baş nazir onlara cavab olaraq belə status paylaşıb: “Bəziləri mənim Anna Akopyanla rəsmi evli olmadığımdan narahatdır. Bizim ruhani elitamızın yarısı eyni vəziyyətdədir. Bu isə heç kimi narahat etmir. Bəlkə də sual vermək lazımdır: yepiskoplarımızdan neçəsi həqiqətən subaylıq andına əməl edir?”.
O keşişləri öz yaxınlarının arvadları ilə pozğun həyat yaşadıqlarını yazaraq Apostol Kilsəsinin nümayəndələrini sərt, alçaldıcı ifadələrlə ittiham edib.
Onu da qüyd edək ki, gələn il Ermənistanda parlament seçkiləri keçiriləcək. Paşinyanın başçılıq etdiyi blokun bu siyasi kampaniyada uğur əldə etməsi kilsənin zərərsizləşdirilməsidir.
Politoloq Elşən Manafov "Xalq Cəbhəsi"nə deyib ki, erməni apostol kilsəsinin müxalifətlə iş birliyi seçki ərəfəsində Ermənistanın seçki elektoratında səslərin parçalanmasına səbəb ola bilər ki, bu da Paşinyan iqtidarını düşündürür və adekvat addımlar atmaq məcburiyyəti qarşısında qoyur. Erməni kilsəsi Paşinyanı Azərbaycanla demarkasiya ətrafında danışıqlarda güzəştli mövqe tutmaqda ittiham edir və bunun perspektivdə erməni dövlətçiliyi üçün ciddi fəsadlar törədəcəyini bəyan edir. Gerçəkdə isə erməni kilsəsi disporanın və erməni müxalifətinin seçkilərdə Paşinyanın məglubiyyətinə hesablanmış senarisində yer alıb, hərçənd özünün də koprporativ maraqlarını unutmur: “Paşinyan kilsənin müxalifətlə iş birliyində həm öz hakimiyyəti, həm də bölgədə geosiyasi konfiqurasiyanın Qərbin deyil, Rusiyanın xeyrinə dəyişəcəyi ilə bağlı məqamları görür və ehtiyat tədbirləri görərək hadisələrin məlum macəraya yönəlməsinin qarşısını almağa çalışır.
Müxalifət tərəfindən olan təzyiqləri azaltmaq üçün Paşinyan müxalifətin ideoloji konteksdə istifadə etdiyi kilsənin fəaliyyətini qanunvericiliklə nizamlamaq, əslində isə məhdudlaşdırmaq istəyir, zira kilsə erməni xalqı üçün hələ dövlətçiliyin olmadığı şəraitdə təşkilatçı və yönləndirici qüvvə kimi çıxış edib. Bunu nəzərə alan Paşinyan kilsəni sivil və dünyəvi dövlət, fəaliiyyət çərçivəsinə salmağa çalışır. Parlamentdəki çıxışında o, "Ermənistanda hakimiyyəti xalqa qaytardığımız kimi, kilsəni də xalqa qaytarmalıyıq" bəyanatı ilə kilsənin kənar qüvvələr tərəfindən idarə edilməsi ilə bağlı məqamlara diqqəti yönəldərək kilsənin elektoral bazasında parçalanmaya , erməniləri isə özünün "Real Ermənistan" konsepsiyası ətrafında cəmləməyə çalışır”.
Politoloq Elxan Şahinoğlunun fikrincə, Ermənistanın Baş naziri Nikol Paşinyanın kilsəyə qarşı sərt ritorikasının səbəblərindən biri də Rusiya ilə bağlıdır. Paşinyan Rusiyadakı dairələrin erməni kilsəsi ilə əlaqələri genişləndirməsindən və bu ittifaqın gələn il parlament seçkisində ona qarşı istifadə edilə biləcəyindən narahatdır. Buna görə də Paşinyan bu ittifaqı gözdən salmaq kampaniyasına başlayıb.
“Paşinyan İkinci Qarabağ müharibəsindən sonra müxtəlif əngəlləri aşıb. Birinci dəfə ona qarşı silahlı qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyan qiyam qaldırmaq istədi. Qasparyan Paşinyana müraciət edərək, istefa verməsini tələb etdi. Qasparyanın arxasında da Rusiyadakı qüvvələr dayanırdı. Paşinyan Qasparyanı dərhal istefaya göndərməklə onu neytrallaşdırdı.
Bundan sonra erməni kilsəsi Paşinyana qarşı Baqrat Qalstanyan adlı keşişi irəli sürdü. O, İrəvana yürüşə başladı, çadırlar qurdu, etiraz mitinqləri təşkil etməyə çalışdı. Ancaq keşiş erməni cəmiyyətindən dəstək almadığına görə o da Paşinyana məğlub oldu.
Bu dəfə Paşinyan gələcək rəqibinin kim olacağını gözləmədən radikal müxalifətə və kilsəyə qarşı mübarizəni gücləndirib. Baş nazirin məqsədi aydındır. Parlament seçkiləri yaxınlaşdıqca Paşinyan erməni cəmiyyətinə seçim etməyi məsləhət görür: “Ya mənimlə yola davam edəcəksiniz və bu, Azərbaycanla sülhü gətirəcək, ya da müharibə istəyən radikal müxalifəti və kilsəni dəstəkləyəcəksiniz, bu halda həm müharibə, həm də ərazi itkisi ilə üzləşəcəksiniz”, - politoloq vurğulayıb.
Yeri gəlmişkən, iyunun 7-də Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Eçmiədzin kilsəsinə gedərək katolikos II Qareginlə söhbət edib. Söhbət zamanı eks-prezident katalikosu tam dəstəklədiyini bildirib. Levon Ter-Petrosyan eyni zamanda Ermənistan hakimiyyətinin Erməni Apostol Kilsəsinin keşişlərinə qarşı açıqlamalarını pisləyib.
Cavab olaraq Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin birinci prezidenti Levon Ter-Petrosyanın ötən gün II Qareginlə görüşməsi və ona “tam dəstək” ifadə etməsi haqda sosial şəbəkə hesabında yazıb: “Levon Ter-Petrosyan Ermənistan Respublikasında seçki saxtakarlığı praktikasının banisidir və o, təbii ki, özü kimi populist fırıldaqçı və fırıldaqçının yanında olmalıdır” Bununla da o, Levon Ter-Petrosyana da “mühaibə” elan edib.
Bu arada Ermənistanın etika məsələlərinə də baxan Korrupsiyaya qarşı Mübarizə üzrə Dövlət Komissiyası ölkənin Baş naziri Nikol Paşinyanın din xadimləri haqda nalayiq postu ilə bağlı araşdırmaya başlayıb.
Bu barədə komissiyanın rəhbəri vəzifəsini icra edən Mariam Qalstyan məlumat verib.
“Biz yazı dərc olunduğu gün öz təşəbbüsümüzlə işin araşdırılmasına başlamışıq”, - o qeyd edib.
Qalstyan onu da bildirib ki, komissiya Paşinyanın bəyanatı ilə bağlı vəkil Ara Zöhrabyanın şikayətinə baxır və çox güman ki, iyunun 9-da prosesin başlanıb-başlamaması barədə qərar verəcək.
Onun sözlərinə görə, Paşinyanın etik normaları pozduğuna dair qərar qəbul olunarsa, o zaman prosedura görə, o, ictimai şəkildə izahat verməli olacaq. Lakin komissiya prokurorluğa müraciət edə bilməz, çünki söhbət aşkar cinayətin əlamətlərindən yox, etik normaların pozulmasından gedir.
Erməni politoloq Hrant Melik-Şahnazaryan sosial şəbəkə hesabında yazıb ki, bu yaxınlarda dərc edilmiş və mənə məlum olan bütün sorğular Nikolun reytinqinin biabırçı şəkildə aşağı düşdüyünü göstərir.
“Bu o deməkdir ki, sular çəkilir. Kütlə yenidən xalqa çevrilir. Nikolayın hökuməti üçün ölümcül təhlükə var”, - o bildirib.
Şahnazaryan vurğulayıb ki, Nikolun kilsəyə qarşı apardığı kampaniyadan az-çox hiddətlənənlər artıq onun seçiciləri deyil. O, xalqın həmin təbəqəsinin inamını dönməz şəkildə itirib:
“Cəmiyyətin digər təbəqələri də Nikola etibar etmir. İtirəcək kiçik bir şeyi belə olanların hamısı. Onlara daha Nikol lazım deyil. Ona görə də Nikol kilsəyə hücum etməklə heç bir reputasiya riski daşımır. Onun hesablamaları çox praqmatikdir: əgər ictimaiyyətin müəyyən hissəsinin dəstəyini qazanmaq mümkün deyilsə, onu sadəcə olaraq neytrallaşdırmaq lazımdır.
Əminəm ki, bu gün şahidi olduğumuz şey “Tuşonka-2” əməliyyatının debütüdür. Mövzu artıq kifayət qədər “bişirilib”, yəqin ki, tezliklə “ifşalar”, hökumətin təbliğatının qurbanları, böyük məyusluq və qara kütlənin sevinci olacaq. Yəni Nikolun 2026-cı il seçkilərində bəhrəsini görəcəyi şərin qələbəsi.
Hadisələrin başqa inkişafı mümkündürmü? Xeyr. Amma müxalifətimiz, elitamız, siyasi və ictimai xadimlərimiz daha bir çağırışa fərqli cavab versəydilər, ola bilərdi. Ən azından, məsələn, Nikolun yazılarını yaymaqda bu qədər canfəşanlıq etməməli idilər. Sosial şəbəkələr Nikolun əxlaqsız fikirlərini əks etdirən skrinşotlarla doludur. Onu yayanların da əksəriyyəti müxalifətçilərin özləridir. Biz özümüzü “dalanda” qoymuşuq və o “dalandan” çıxa bilmirik”.

Cavid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 11 İyun 2025 23:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see356

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see350

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see261

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see233

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see201

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see194

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see185

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see184

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see180

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see177

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see170

Nebenzya: İran Yaxın Şərqdə eskalasiyaya səbəb olmayıb

21 Avqust 2026 02:46see170

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see165

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see163

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see163

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see162

“Bu, Ankara üçün prioritet deyil” Ərdoğan

21 Avqust 2026 07:49see157

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see156

Bakıda 18 və 20 ci mərtəbədən yıxılan gənclər öldü

21 Avqust 2026 06:36see144

Azərbaycanda respondentlərin 88% dən çoxu azyaşlıların sosial şəbəkələrə giriş qadağasını dəstəkləyir

21 Avqust 2026 14:14see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri