Icma.az
close
up
RU
Paşinyan kilsəyə qarşı yenidəmn hücuma keçəcək?

Paşinyan kilsəyə qarşı yenidəmn hücuma keçəcək?

Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Bir müddət əvvəl Baş nazir Nikol Paşinyanla erməni Apostol kilsəsi arasında baş qaldıran amansız qarşıdurma son günlər demək olar, tamamilə gündəmdən çıxıb. Erməni mətbuatının yazdığına görə, kilsəyə savaş açan Nikol Paşinyan hazırda bundan sonra nə edəcəyini bilmir. Hakimiyyətdəki mənbələr müxalif “Hraparak” nəşrinə bildiriblər ki, Paşinyan kilsəyə qarşı düşmən mövqeyindən geri çəkilməyib, sadəcə olaraq bəzi suallara cavab tapa bilmir və bundan sonra nə edəcəyini müəyyənləşdirməyib. Bundan əvvəl Paşinyan Eçmiədzindəki meydanda böyük aksiya keçirəcəyini və hərəkata şəxsən rəhbərlik edəcəyini vəd etmişdi. Onun bu planı iyulun 27-də Vardavar bayramı günü həyata keçirməli idi. Lakin bu baş vermədi. Qəzet yazır ki, daha sonra Vaşinqton görüşlərilə bağlı hərəkətlənmə başladı və Paşinyanın başı bu məsələyə qarışdı. Bu baxımdan hələlik kilsəyə ayıracaq vaxt yoxdur. Əslində Paşinyan - kilsə mübarizəsində Azərbaycan və Türkiyə amili sadəcə kilsənin bəhanəsidir. 2018 - ci ildə Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra mövcud hökumətin köhnə qaydaları dəyişdirmək cəhdi kilsə tərəfindən xoş qarşılanmadı. Bu kilsənin erməni cəmiyyətindəki gücündən məhrum olması anlamına gəlirdi. Buna görə də kilsə Paşinyanın Qarabağ məsələsi ilə bağlı siyasətini tənqid edərək ona qarşı güc nümayişi həyata keçirirdi. Hazırda Paşinyan üçün kilsə ilə mübarizə olduqca riskli addımdır. Rusiya ilə Ermənistanın münasibətlərində soyuqluq müşahidə edilir. Vaşinqton görüşündən sonra rəsmi Moskva Ermənistanı tənqid edən açıqlamalarla çıxış edir və təzyiq vasitəsi kimi Ermənistandakı Rusiya qoşunlarını göstərir. Buna görə də rəsmi İrəvan Moskvaya bağlı 5 - ci kolonla maksimum qarşı - qarşıya gəlməməyə çalışır. Maraqlı olan odur ki, Paşinyanın Qərblə yaxınlaşdığı və Vaşinqtona getdiyi ərəfədə Qaragen də ABŞ - yə gedib. Görünür ki, kilsə rəhbəri hökumətə qarşı mübarizədə diasporun yardımına ümid bəsləyir. Həm Rusiyanın baş verəcək proseslərə müdaxiləsini minimuma endirmək, həm də diaspordan gələcək təzyiqi önləmək üçün hökumət Vardavar bayramında planlaşdırılan aksiyanı təxirə saldı. Nikol Paşinyanın yaxın zamanlarda kilsə üzərində yenidən və həlledici hücuma keçəcəyi şübhəsizdir. İstənilən halda, Ermənistanda yaxın gələcəkdə ya kilsənin hökuməti, yada hökumətin kilsənin yıxacağı gözləniləndir.
Zeynal Əmrəliyev
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 19 Avqust 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri