Icma.az
close
up
RU
Paşinyan Kremli “tərksilah” etdi

Paşinyan Kremli “tərksilah” etdi

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan xalqa müraciətində Qarabağı könüllü tərk etmiş erməni əsilli şəxslərlə bağlı danışıb.

O, sözügedən ermənilərin qayıtmasını sülh üçün təhlükə adlandırıb:

“Bu barədə bildirmişdim, təkrar edirəm ki, onların Azərbaycana qayıtması qeyri-realdır və sülh üçün təhlükəlidir. Ermənistan beynəlxalq ictimaiyyətlə birlikdə onların ölkəmizdə yaşaması və inteqrasiyası üçün şərait yaratmalıdır”. 

Qeyd edək ki, Qarabağı könüllü tərk edən ermənilərlə bağlı indiyə kimi Ermənistan daxilində, bəzi beynəlxalq təşkilatlarda və bir sıra ölkələrdə Azərbaycan əleyhinə təbliğat aparılırdı. Lakin bütün bunlara elə Ermənistanın Baş naziri son nöqtəni qoydu. Beləliklə, bu məsələ də tarixə qovuşdu… 

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı “Cümhuriyət”-ə açıqlamasında bildirib ki, əslində Qarabağı könüllü tərk edən ermənilərin geri qayıtması kifayət qədər problemli məsələ idi:

“Bir günlük antiterror əməliyyatından sonra xüsusi portal açıldı. Azərbaycan dövləti Qarabağa qayıtmaq istəyən ermənilər üçün belə imkanlar yaratdı. Halbuki onların könüllü şəkildə getdiyini göstərən kifayət qədər faktlar var. Hətta onlar özləri də bunu etiraf edirdilər.

Qarabağda yaşamış ermənilər keçmişdə bu və ya digər şəkildə separatizmin içərisində yer almışdılar. Hansısa formada Azərbaycana qarşı törədilən cinayətlərdə iştirak edirdilər. Ona görə də onların əksəriyyətinin ölkəmizdə həbsxanaya düşmə ehtimalları var idi. Buna görə də çıxıb getdilər”. 

Partiya sədri qeyd edib ki, Ermənistanda olan revanşistlər və Rusiya Qarabağdan könüllü köçən ermənilərdən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etmək istəyirdi:

“Lakin Nikol Paşinyanın bu cür etirafı məsələyə nöqtə qoydu. Paşinyanın dediyi kimi, ermənilərin Qarabağa qayıtması sülh və təhlükəsizlik üçün ciddi problemlər yaradar. Onlar, Ermənistanda yaşayaraq, artıq ora adaptasiya olunmalıdırlar.

Baş nazir də bu aspektdə çağırış etdi. Əlbəttə ki, bunun özü çox müsbət hadisədir. Düşünürəm ki, Ermənistan bu məsələdən istifadə edib Azərbaycana təzyiq göstərməyə çalışan Kremlin əlindəki “silah”ı ala bildi. Paşinyan bir növ bu məsələdə Rusiyanı “tərksilah” etdi. Paşinyanın bu addımını müsbət qiymətləndirmək lazımdır”. 

Elmir Mustafa
"Cebheinfo.az" 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Avqust 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri