Icma.az
close
up
RU
Paşinyan Kremli əməlli başlı dolayıb RƏY

Paşinyan Kremli əməlli başlı dolayıb RƏY

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İlqar Altay: "Ermənistana "gözün üstə qaşın var" deyilmir, üstəlik, bu ölkəyə hələ də böyük yardımlar edilir"

Görünür, Putinin, Moskvanın ermənilərə xüsusi bağlılığı var

Bişkekdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammiti keçirilib. Məhdud tərkibdə keçirilən Sammitdə Qırğızıstan Prezidenti Sadır Japarovla yanaşı, Rusiya rəhbəri Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan lideri Kasım-Jomart Tokayev və Tacikistan dövlət başçısı Emoməli Rahmon iştirak ediblər. İclas iştirakçıları əməliyyat və döyüş hazırlığı, böhrana qarşı sistemin təkmilləşdirilməsi, KTMT-nin informasiya və analitik fəaliyyəti sahəsində birgə tədbirləri müzakirə ediblər. Gözlənildiyi kimi Ermənistan isə sammitdə iştirak etməyib. Bir neçə gün öncədən İrəvan rəsmiləri Ermənistanın KTMT sammitində iştirak etməyəcəyini bildirmişdilər. Ermənistan parlamentinin spikeri Alen Simonyan hətta Ermənistanın KTMT-dən de-fakto çıxdığını söyləmişdi. Spikerin sözlərinə görə, KTMT-dən çıxmaq anti-Rusiya mövqeyi demək deyil: "Qalan məsələlər bizim siyasi maraqlarımızdan asılıdır". Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov isə bildirib ki, Ermənistan Sammitdə iştirak etməsə də, görüşdə razılaşdırılmış sənədlərin qəbul edilməsinə etiraz etmədiklərini bildiriblər. 

Siyasi şərhçi, təhlükəsizlik üzrə ekspert İlqar Altay Sherg.az-a deyib ki, Ermənistan artıq xeyli müddətdir KTMT tədbirlərindən uzaqdır. Ekspert xatırladıb ki, 2023-cü ilin yanvar ayında Ermənistan KTMT təlimlərini "uyğunsuz" hesab edərək öz ərazisində keçirməkdən imtina edib: "2024-cü ilin fevral ayında Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin KTMT-də üzvlüyünü saxlasa da, oradakı iştirakını "dondurduğunu" açıqlayıb. Bu nə deməkdir? Paşinyan əməlli-başlı Kremli dolayıb. Deyir, Ermənistan təşkilatın üzvüdür, ona hücum olsa, KTMT onu qorumağa borcludur, amma bu təşkilatın təlim və sammiti, yığıncaqlarında iştirak etməyəcək. Açıqca KTMT-yə rəqib olan siyasi və hərbi tərəfə, Avropa Birliyi və NATO üzvlüyünə hazırlaşır. Maraqlı və hətta qəribəsi odur ki, Putin Ukraynanın AB-yə və NATO-ya üzv olma ehtimalına görə illərdir Ukrayna ilə genişmiqyaslı qanlı müharibə aparır. Məhz bu niyyətə görə Gürcüstanın, Saakaşvilinin başına nə oyunlar açdılar. Amma Ermənistana "gözün üstə qaşın var" deyilmir, üstəlik, bu ölkəyə hələ də böyük yardımlar edir. Görünür, Putinin Moskvanın ermənilərə xüsusi bağlılığı var. Yəqin ermənilər ağsaqqalın "saqqızını oğurlamağı" bacarıblar, kişini ovsunlayıblar". 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Noyabr 2025 06:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1043

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see441

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see348

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see345

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see247

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see239

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see235

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see231

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see223

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see212

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see210

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see203

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see196

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see189

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see185

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see182

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see180

Avtobuslarda “buxarlanan” pullar, cibə ziyan vuran nasazlıq... RƏSMİ AÇIQLAMA

10 Oktyabr 2026 17:17see178

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri