Icma.az
close
up
RU
Paşinyan meydanda tək qala bilər ANALZİ

Paşinyan meydanda tək qala bilər ANALZİ

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Bu da sülh prosesi daxil olmaqla, planlaşdırılan çox böyük işlərin yarımçıq qalması deməkdir 

Abutalıb Səmədov: "Əgər Qərb, Türkiyə və qonşular Paşinyan hökumətinə zəruri dəstəyi verərlərsə, sülh tərəfdarları qalib gələcək"

Ermənistan Baş naziri Nikol Paşinyan növbəti dəfə sülh prosesindən danışıb. Ermənistan və Azərbaycan arasında sülhün artıq bərqərar olduğunu vurğulayan baş nazir deyib ki, indi məqsəd onu qorumaq, gücləndirmək və institutsionallaşdırmaqdır. Xalqa müraciət edən Paşinyan onlardan çətinliklə əldə olunmuş sülhü qorumalarını istəyib: "Əminəm ki, Ermənistan xalqı 2026-cı il parlament seçkilərində sülhü qoruyacaq. Bir an belə şübhəm yoxdur ki, bunu edəcək. Çünki bu, onun öz sülhüdür, övladlarının, ailəsinin, nəvələrinin və nəticələrinin sülhüdür. Biz Ermənistanı geosiyasi tələdən çıxardıq. Biz onu elə bir yerə gətirdik ki, Ermənistanın qarşısında bütün istiqamətlərdə perspektivlər açıldı. Ermənistan xalqı öz suveren iradəsi ilə hansı inkişaf vizionunu qəbul edəcəyinə qərar verə bilər. Xalq seçkilərdə sülhü müdafiə etməlidir". 

"Alyans" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov Sherg.az-a açıqlamasında deyib ki, Ermənistan Baş naziri Nikol Paşinyan son dövrlərdə dəfələrlə qeyd edib ki, parlament seçkilərində qələbədən sonra Ermənistanda əsas şüarı sülh olan "4-cü respublika" yaranacaq. Ekspert vurğulayıb ki, "4-cü respublika" konflikti əsas götürən "3-cü respublika"dan kəskin şəkildə fərqlənəcək: "Qarşıdan gələn parlament seçkiləri bu iki yanaşma arasında mübarizə meydanına çevriləcək. Yəni bəlli olacaq ki, ermənilər sülhü, yoxsa konflikti seçəcəklər. Əgər bu konflikt ideologiyasının daşıyıcıları olan Koçaryan-Sarkisyan cütlüyü əvvəlki seçkilərdəki kimi Paşinyanın əsas rəqibləri olsaydı, baş nazir o qədər narahat olmazdı. Hər iki sabiq prezidentin Ermənistanda nüfuzu Paşinyandan bir neçə dəfə aşağıdır. Ancaq problem ondan ibarətdir ki, bu gün Paşinyan əleyhinə digər qüvvələr seçkiqabağı prosesə qoşulublar. Bunların içərisində Ermənistanda kifayət qədər nüfuzu olan Kilsə və oliqarxlar var. Rusiya özünə yaxın bütün qüvvələri blok şəklində birləşdirib parlament seçkilərinə aparmaq istəyir. Kilsə-Koçaryan-Karapetyan bloku artıq formalaşıb". 

Analitikin qənaətincə, seçki yaxınlaşdıqca digər müxalif qüvvələrin də bu bloka qoşulması mümkündür: "Bu vəziyyət Paşinyanı narahat etməyə bilməz. Təəssüf ki, Qərb Paşinyana hələlik lazım olan dəstəyi vermir. Əgər belə davam edərsə, Paşinyanın seçkiləri udmaq şansı xeyli azalacaq. Çünki erməni cəmiyyətində ən populyar siyasətçi Paşinyan olsa da, Kilsə öz nüfuzuna görə yalnız ordudan geri qalır. Sahibkarların da nüfuzunu, təsir imkanlarını nəzərə almaq lazımdır. Hər şey sülh və münaqişə tərəfdarlarının necə dəstəklənəcəyindən asılı olacaq. Əgər Qərb, Türkiyə və qonşular Paşinyan hökumətinə zəruri dəstəyi verərlərsə, sülh tərəfdarları qalib gələcək. Əks halda Paşinyan meydanda tək qalacaq və revanşistlərin şansı xeyli artacaq. Bu da sülh prosesi daxil olmaqla, planlaşdırılan çox böyük işlərin yarımçıq qalması deməkdir". 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Dekabr 2025 07:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see286

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see271

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see237

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see214

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see211

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see206

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see203

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see193

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see186

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see178

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see176

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri