Icma.az
close
up
RU
Menu

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

Payızda bu 2 qida mütləq yeyilməlidir

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

Paşinyan meydanda tək qalır: Rəqibləri siyasətdən birdəfəlik gedirlər

Paşinyan meydanda tək qalır: Rəqibləri siyasətdən birdəfəlik gedirlər

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Ermənistanın keçmiş üç prezidenti siyasətdən getmək barədə düşünür. 

Bu baxımdan, 2026-cı ilin iyun ayında keçiriləcək parlament seçkiləri Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyan üçün final ola bilər. Sabiqlərin həm yaşı, həm də siyasi reytinq göstəriciləri artıq onlara siyasi səhnədə qalmağa imkan vermir. 

Artıq onlar özlərinə siyasi varis də müəyyənləşdirməyə başlayıblar. Eks-prezident Levon Ter-Petrosyan qarşıdan gələn seçkilərdə rəhbərlik etdiyi Ermənistan Milli Konqres Partiyasından müavini Levon Zurabyanın baş nazirliyə namizədlyini irəıli sürüb. Bu, Zurabyanın böyük siyasi təcrübəyə malik olması, Ter-Petrosyana sadiqliyi və savadlı kadr kimi tanınması ilə bağlıdır. 

61 yaşlı Levon Zurabyan demək olar ki, bütün siyasi fəaliyyətini Levon Ter-Petrosyanın yanında keçirib. 1991-1998-ci illərdə Levon Ter-Petrosyanın prezidentliyi dövründə Zurabyan müxtəlif vəzifələrdə çalışıb. 

Əvvəl prezidentin köməkçisi, 1994-cü ildə mətbuat katibi vəzifələrində işləyən Zurabyan 1998-ci ildə Ter-Petrosyan istefaya gönədirildikdə öz vəzifəsindən imtina edərək onunla bərabər Köçəryan hakimiyyətinə qarşı müxalifətə keçib. 

O, Ter-Petrosyanın liderlik etdiyi Erməni Ümummilli Hərəkatının qurucularından biri olub. Bir müddət deputat olan Zurabyan beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edib. 2000-ci ildə ABŞ-nin Kolumbiya Universitettində Beynəlxalq münasibətlər və Dövlət İdarəçiliyi fakültəsini bitirib. 2008-ci ilin prezident seçkilərində Levon Ter-Petrosyanın seçki qərargahına rəhbərlik edib. 

O, həm Qərbin və həm də Rusiyanın siyasi dairələri ilə əlaqələri olan siyasətçidir. 80 yaşlı Ter-Petrosyan isə artıq siyasi səhnəni tərk etməyin vaxtının çatdığını anlayır. Çox güman ki, onun Levon Zurabyanı baş nazirliyə namizəd irəli sürməsi partiya sədrliyindən istefaya hazırlaşması ilə bağlıdır. 

Ermənistanda keçirilən son rəy sorğularının heç birində respondentlərin EMKP-ə səs vermək istəyi barədə göstərici yoxdur. Bu da xeyli qocalmış və səhhətində ciddi problemlər olan Ter-Petrosyana etimadsızlıqla bağlıdır. Ona görə də eks-prezident siyasətdən çəkilərək öz yerini Zurabyana verməklə EMKP-nın son illər bütün seçkilərdə ardıcıl müşahidə olunan siyasi uğursuzluğunu aradan qaldırmaq istəyir. 

Hazırda EMKP-nın reytinqi 1 faizdən də aşağıdır. Ona görə də Zurabyanın seçkilərdə ciddi nəticə əldə edəcəyi inandırıcı görünmür. Çox güman ki, Zurabyanın baş nazir postuna namizədliyi postTer-Petrosyan dövrünə və gələcək seçkilərə hesablanıb. 

Lakin Zurabyanın populist olmaması mühafizəkar Ermənistan cəmiyyətində onun yüksək reytinq qazanmasına mane olur. Sabiq prezident Robert Köçəryan 2026-cı ildə keçiriləcək parlament seçkilərində iştirak etmək niyyətindədir. O, rusiyalı milyarder Samvel Karapetyana dəstək verməməsi, eləcə də keçmiş prezident Serj Sarkisyanla aralarımnda olan siyasi ixtilaf müxalifət düşərgəsində parçalanma yaradıb. Köçəryanın növbəti seçkilərə hazırda parlamentdə 29 mandatla təmsil olunan “Ermənistan” bloku ilə getmək planından xəbər verir. 

Lakin Köçəryanın seçkilər öncəsi liderlik etdiyi siyasi blokdan baş nazir vəzifəsinə oğlu, deputat Levon Köçəryanın namizədliyini irəli sürəcəyi barədə məlumatlar dolaşır. Yəni deputatlığa namizədlər siyahısında birinci yeri Levon Köçəryan tuta bilər. Bu halda eks-prezidentin siyasi vərəsəliyi oğlu, deputat Levona ötürmək planı öz təsdiqini tapmış olar. 

Ancaq oğul Köçəryan Ermənistan cəmiyyətində ciddi siyasi nüfuza malik deyil daha çox parlamentin iclaslarında əlbəyaxa dava salması ilə tanınır. Üstəlik, Robert Köçəryanın siyasi partiyası olmadığından Levonun siyasi gələcəyini təmin edən sosial bazaya malik deyil. Son rəy sorğuları respondentlərin yalnız 6,8 faizinin “Ermənistan” blokuna səs verməyə hazır olduğunu göstərir. 

Bu halda Robert Köçəryan üçün siyasi bloklar üçün nəzərdə tutulmuş 7 faizlik seçki barajını keçmək çətin olacaq. Yəni Köçəryan parlamentdə ana müxalifət yerini itirə və bir neçə mandat qazana bilər. Bu baxımdan, Levon Köçəryanın siyasi varis kimi perspektivi aydın görünmür. 

Seçkilərdən sonra böyük ehtimalla Robert Köçəryan siyasət meydanını tərk etməli olacaq. Serj Sarkisyanın da siyasi vəziyyəti yaxşı deyil və qarşıdan gələn seçkilər onun üçün sonuncu sınaq ola bilər. 

Aparılan rəy sorğuları seçicilərin 2,7 faizinin Serj Sarkisyanın rəhbərlik etdiyi Ermənistan Respublika Partiyasına və “Şərəfim var” blokuna səs verməyə hazır olduğunu göstərir. Bu reytinqlə ERP-nin 5 faizlik, “Şərəfim var” blokunun isə 7 faizlik seçki barajını aşa biləcəyi şübhə doğurur.

 Çox güman ki, növbəti seçkilərdə uğursuzluq Serj Sarkisyanın siyasətdən getməsində mühüm rol oynayacaq. Serj Sarkisyanın yerinə isə ERP-nin sədr müavini Armen Aşotyanın sədr seçiləcəyi gözlənilir. 

Rəy sorğuları Armen Aşotyanın populyarlığının xeyli artdığını göstərir. Ona görə də yaxın aylarda Serj Sarkisyanın Armen Aşotyanla əvəzlənməsi baş verə bilər. Seçkilərdə ERP-dən Aşotyanın namizədliyinin irəli sürülməsi və proporsional seçki siyahısına liderlik edəcəyi ehtimalı yüksəkdir. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Paşinyan Levon Ter-Petrosyan Robert Köçəryan Serj Sarkisyan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:298
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Dekabr 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see322

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see313

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see305

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see303

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see295

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see293

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see292

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see263

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see244

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see239

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see238

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see235

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see229

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see227

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see225

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see206

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see205

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see197

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri