Paşinyan Musayevin Bakıya təhvil veriləcəyini istisna etmir
Icma.az, Sherg.az portalına istinadən məlumat verir.
Naməlum şəraitdə Ermənistan ərazisinə keçən Azərbaycan ordusunun əsgəri Nəsimi Musayev bir müddət saxlanıldıqdan sonra Bakıya ekstradisiya oluna bilər.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın "News.am" portalı məlumat yayıb.
Ermənistan Baş naziri Nikol Paşinyanın məsələ barədə son açıqlamasını şərh edən mənbə qeyd edib ki, hökumət başçısı Musayevin bir müddət sonra Bakıya ekstradisiya olunacağını istisna etməyib.
Baş nazirin dünən yerli mediaya müsahibəsində əsgərin Bakıya təhvil verilib-verilməyəcəyi ilə bağlı suala cavabı belə olub: “Bir müddət Ermənistanda qalacaq, hazırda istintaq altındadır, həbsdədir”.
“Bir müddət” dedikdə hansı zaman kəsiyini nəzərdə tutduğunu aydınlaşdırmayan Nikol Paşinyanın bu açıqlaması portal tərəfindən ekstradisiyanın mümkünlüyü kimi şərh olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 07 Oktyabr 2026 10:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















