Icma.az
close
up
RU
Paşinyan Putinə mesaj göndərdi

Paşinyan Putinə mesaj göndərdi

Icma.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya tərəfindən erməni mallarına tətbiq edilən məhdudiyyətləri  tənqid edib. O bildirib ki, problem həll olunmasa, bu vəziyyət Avrasiya İqtisadi İttifaqı-nin gələcəyini təhlükə altına qoya bilər.

Paşinyan bu fikirləri jurnalistlər üçün keçirdiyi brifinqdə səsləndirib.

Baş nazirin sözlərinə görə, hazırda Aİİ faktiki olaraq iflic vəziyyətindədir və normal fəaliyyət göstərə bilmir. “Hazırda Avrasiya İqtisadi İttifaqı faktiki olaraq iflic vəziyyətindədir və normal fəaliyyət göstərmir. Bu, təkcə Ermənistanın deyil, bütün birliyin problemidir”, – deyə Paşinyan vurğulayıb.

O qeyd edib ki, Ermənistanın Aİİ-dən çıxmaq planı yoxdur. Bununla yanaşı, ölkənin öz iqtisadi və siyasi alternativlərini formalaşdırmaq hüququna malik olduğunu bildirib.

Paşinyanın sözlərinə görə, bu mövqeyini Rusiya Prezidenti Vladimir Putin ilə də müzakirə edib. “Mən bunu Vladimir Putinə də demişəm. Ermənistan bu yolla irəliləyəcək. Seçkiqabağı dövrdə də demişdim ki, elə vəziyyət yaranmamalıdır ki, Ermənistanın alternativi olmasın. Alternativsiz dövr artıq geridə qalıb”, – deyə Ermənistanın Baş naziri bildirib.

Paşinyanın bu açıqlaması son dövrlərdə Moskva ilə İrəvan arasında iqtisadi münasibətlərdə müşahidə olunan gərginliyin fonunda diqqət çəkir.

AzPost.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://azpost.info
archiveBu xəbər 29 İyul 2026 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri