Icma.az
close
up
RU
Paşinyan Qarabağ klanını debata dəvət etdi: Məsuliyyəti siz daşıyırsınız (ŞƏRH)

Paşinyan Qarabağ klanını debata dəvət etdi: Məsuliyyəti siz daşıyırsınız (ŞƏRH)

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

"Paşinyanın eks-prezidentlərə debat təklifi gözlənilən parlament seçkilərilə əlaqədardır".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Ermənistan baş naziri Nikol Paşinyanın eks-prezidentləri debata dəvət etməsini şərh edərkən deyib.

Zərdüşt Əlizadə bildirib ki, Ermənistanda yay aylarında parlament seçkiləri olacaq:

"Paşinyan da bu amili nəzərə alaraq, cəmiyyətə nəyisə, hansısa bir uğuru təqdim etməlidir ki, növbəti dəfə hakimiyyətdə qalsın. Burada yeganə  uğur da odur ki, Azərbaycan və Türkiyə ilə münasibətlər tənzimlənsin, sərhədlər açılsın. Paşinyan da təntənəli şəkildə xalqa münaqişənin bitdiyini, sülh gətirdiyini elan etsin. Lakin buna imkan vermirlər. Bu, siyasi mübarizədir. Çünki Ermənistanda seçicilərin rəyindən nəsə asılıdır".


Ekspert qeyd edib ki, Koçaryanın bu müstəvidə debat təklifini qəbul etməməsi onun zəifliyinin əlamətidir: 

"Deməli, başa düşür ki, debatda onu qınayacaqlar. Törətdiyi cinayətləri təkrarən üzünə oxuyacaqlar. Ona görə də debatdan qaçır. Bilsəydi ki, görüşdə özü üçün nəsə qazanacaq, əlbəttə ki, debata gedərdi. Amma indi uduzacağını anladığından, ona görə də istəmir". 

Politoloq Taleh Əliyev qeyd edir ki, Paşinyan rəqiblərini məğlub edib, azalan nüfuzunu yenidən bərpa edəcəyinə əmin olduğundan eks-prezidentləri debata dəvət edib:


"Paşinyan fərqindədir ki, II Qarabağ müharibəsində Ermənistanın məğlub olması ondan əvvəlki rəhbərlərin apardığı yanlış siyasətlə bağlı idi. Vaxtilə ATƏT-in Minsk qrupu çərçivəsində Azərbaycanla da razılaşdırılmışdı ki, Qarabağda ermənilərə yüksək status verməklə münaqişə həll olunsun. Amma Ermənistanın keçmiş prezidentləri - Robert Koçaryan və Serj Sarkisyan bundan imtina etdilər. İmtina etmələrinin də səbəbi daşıdıqları xəstə dənizdən dənizə böyük Ermənistan ideologiyası ilə təklif olunan sülh variantının üst-üstə düşməməsi idi. Paşinyan yaxşı bilir ki, belə debatda rəqiblərini məğlub etməklə ölkədə azalan nüfuzunu yenidən bərpa edəcək və ictimaiyyətə hazırda baş verən problemlərin səbəbini də əvvəlki "Qarabağ klanı"nın yanlış siyasətinin nəticəsi olaraq təqdim edə biləcək. Bunu bildiyindən Koçaryan debatdan imtina edib. Digərlərinin cavab verməməsi də dolayısı ilə debatdan qaçmalarının əlamətidir".

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin eks-prezidentlərini debata çağırıb. Bu barədə o, özünün sosial şəbəkə hesabında yazıb: "Mən Ermənistanın keçmiş prezidentləri ilə canlı debat formatında dediklərimi əsaslandırmağa hazıram. Yaxşı ki, keçmiş prezidentlər öz nümayəndələri vasitəsilə Qarabağla bağlı danışıqlar prosesi ilə bağlı bu gün mənim yazıma cavab verdilər. Amma mən nümayəndələrin arxasında gizlənmirəm və düşünürəm ki, onların da gizlənməməsi düzgün olardı. Keçmiş prezidentlərlə canlı debat formatında dediklərimi əsaslandırmağa hazıram. Bu gün mənim nəşrimə etiraz edən prezidentlərin reaksiyasını səbirsizliklə gözləyirəm".

Xatırladaq ki, Paşinyanın sosial şəbəkələrdə Qarabağ problemi ilə bağlı etirafi Ermıənistanın sabiq prezidentlərin arasında narazılıq yaradıb.  Paşinyan sözügedən paylaşımda yazıb: "1994-cü ildən, yəni atəşkəsdən sonra Dağlıq Qarabağın Azərbaycana qaytarılması ilə bağlı danışıqlar prosesi davam edirdi. Danışıqlar prosesinin başqa məzmunu yox idi. Ermənistan Respublikasında başqa məzmunlu diskussiyalar sırf daxili siyasi problemlərin həlli üçün tətbiq edilib". 

Onu da vurğulayaq ki, Robert Koçaryan bu debatdan imtina edib. Digər sabiqlər isə hələlik cavab verməyiblər. 


Rüfət Sultan


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 24 Dekabr 2024 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see281

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see230

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see165

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see151

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see140

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see128

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see128

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see128

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see127

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see127

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri