Paşinyan Qarabağdan gedən ermənilərə: “Azərbaycana ancaq turust kimi gedə bilərsəniz”
Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
“1990-cı illərin əvvəllərindən Ermənistan və Azərbaycandan qaçqın düşmüş vətəndaşların qaytarılması gündəliyi hazırda həm Ermənistanda, həm də Azərbaycanda tətbiq olunan məntiqlə sülh gündəmi üçün çox ciddi təhlükələr yaradır. Çünki bu gündəliyin müzakirəsi siyasi spekulyasiya predmetinə çevrilir və bu müzakirə qonların özlərinə heç nə verməyəcək”.
“Cebheinfo.az” xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 21-də jurnalistlərlə söhbətində belə deyib.
Onun sözlərinə görə, bu gündəm əvəzində bütün sonrakı mərhələlərdə yeni gərginlik yaradacaq. O əlavə edib ki, bir çox münaqişələr, o cümlədən Qarabağ münaqişəsi “məsum mədəni, sosial, siyasi məsələlərin” müzakirəsi ilə başlayıb. "Bu, mənim həm Ermənistan, həm də Azərbaycan ictimaiyyətinə yanaşmam və strateji təklifimdir. Hesab edirəm ki, biz bu yolla getməliyik", - Paşinyan qeyd edib.
O deyib ki, sülh dövründə hər kəs turist kimi istənilən yerə baş çəkə bilər.
Xəzər
“Cebheinfo.az”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 21 Avqust 2025 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















