Icma.az
close
up
RU
Eks nazir: Paşinyan Qarabağdan gələn ermənilərə niyə ev tikmir?

Eks nazir: Paşinyan Qarabağdan gələn ermənilərə niyə ev tikmir?

Adelet.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Qarabağı könüllü tərk edən ermənilərin mənzillə təmin edilməsi proqramı tamamilə iflasa uğrayıb”.


Adalet.az xəbər verir ki, bu barədə Ermənistanın sabiq əmək və sosial işlər naziri , hazırda “Həyat üçün ölkə” partiyasının həmtəsisçisi Mesrop Arakelyan  Facebook səhifəsində yazıb . O paylaşıməında qeyd edib ki, il yarımdan sonra 30 mindən çox ailənin yalnız 2%-i, 650 ailə evlə təmin olunmaq üçün arayış alıb, onlardan da yalnız 12 ailə faktiki olaraq ev alıb”.
Ermənistanın baş nazirini hədəf alan sabiq nazir onu qınayıb:”Nikol Paşinyan hökumətinin Qarabağdan gələn soydaşlarımıza münasibəti belədir. Aydındır ki, Nikol Paşinyan Qarabağla birlikdə təslim etməyi planlaşdırırdı, amma alınmadı. İndi bizim 100 mindən çox vətəndaşımız “yük” kimi müstəsna hörmətsizliyə məruz qalır.

 Qarabağ sakinlərinin mənzillə təmin edilməsi dövlətimizin əsas prioritetlərindən biri olmalıdır ki, bunu bir neçə ay ərzində həyata keçirmək olar”.
Qeyd edək ki, ötən ilin yanvarında  Ermənistanın Baş nazir Nikol Paşinyan Dağlıq Qarabağı könüllü tərk edib  Ermənistana gedən ermənilərin mənzillə təminatı proqramını müzakirə etmək üçün böyük müşavirə çağırdı. Ermənistan höküməti sentyabr ayında keçirilən antiterror əməliyyatlarından sonra könüllü şəkildə Qarabağı tərk edən ermənilər üçün müxtəlif layihələr hazırladığını dedi.
Erməni mediasının  yazdığına görə, hər bir Qarabağ ermənisinə 5 milyon dram (12.410 dollar) məbləğində sertifikatın ayrılması planlaşdırıldı ki, bu da yalnız mənzil alarkən istifadə olunacaq. Tutaq ki, bir ailədə 4 nəfər varsa, bu zaman həmin ailəyə 20 milyon dram (49,627 dollar) veriləcək. Bundan əlavə, həmin arayışlara əmsalların tətbiqi məsələsini də müzakirə edirlər.

 Əntiqə Rəşid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://adalet.az
archiveBu xəbər 26 Fevral 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri