Icma.az
close
up
RU
Paşinyan Qaregin qarşıdurması “kim kimi” mərhələsində

Paşinyan Qaregin qarşıdurması “kim kimi” mərhələsində

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Kilsə daxilindəki qaragüruhun sonuna çox qalmayıb

Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 27-də Erməni Apostol Kilsəsinin bir qrup yepiskopunu qəbul edib. Bununla bağlı “Facebook” səhifəsində video paylaşan Paşinyan bunu “vacib görüş” adlandırıb.

Baş nazir onunla görüşdə iştirak edən yüksək vəzifəli din xadimlərinə müraciətində bildirib: “Bu gün açıq şəkildə ifadə etdiyiniz prinsipial mövqeyə görə sizə təşəkkür etmək istəyirəm. Düşünürəm ki, şəxsi nümayəndəniz vasitəsilə bəyanatınızda qaldırdığınız mövzu çox vacib ümumi gündəmə aiddir. Mən bu barədə uzun müddətdir düşünürəm və aşağıdakı nəticəyə gəlirəm: biz dəyərlərə əsaslanan dövlət və cəmiyyət haqqında çox danışırıq. Bu, bizim məqsədimiz və vəzifəmizdir. İstənilən dövlət hüquqi məntiqə və bu da öz növbəsində müəyyən bir dəyərlər sisteminə əsaslanır. Dəyərlər sistemi olmayan dövlət ola bilməz. Mənəvi dəyərlərin rolu, əslində, dövlətin dəyərlərə əsaslanan təbiətini əsasən müəyyən edir. Bu, dövlətimizin gələcək inkişafı və taleyi üçün böyük əhəmiyyət kəsb edən bir məsələdir, mövqeyin ifadəsidir. Mən sizin bəyanatınızla bu nöqteyi-nəzərdən tanış oldum və belə bir narahatlığın ifadəsini gördüm. Dəvəti qəbul etdiyiniz və belə bir söhbətə və müzakirəyə hazır olduğunuz üçün təşəkkür edirəm”. 

Qeyd edək ki, elə həmin gün N.Paşinyanın ailəsinə məxsus media orqanı yepiskopların katolikosdan müqəddəs Eçmiədzin ana taxt-tacının dəftərxanasının rəhbəri, arxiyepiskop Arşak Xaçatryanı Eçmiədzindən uzaqlaşdırmasını və səlahiyyətlərini dondurmasını tələb etdiyi bəyanat yayımlanıb. Paşinyan da məhz bu bəyanatı nəzərdə tutur. 

Nikol bütün ermənilərin katolikosunun vəzifədən getməsi ilə bağlı tələbini dünən jurnalistlərə açıqlamasında bir daha təkrarlayıb: “Ktriç Nersisyan (katolikos II Qareginin dünyəvi adı–S.H.) islahat prosesində iştirak etmək üçün bütün imkanları tükətmişdir, o, sadəcə müqəddəs Eçmiədzinin ana taxtını azad etməlidir”. Onun sözlərinə görə, Erməni Apostol Kilsəsinin istənilən davamçısı ana taxtın azad edilməsi prosesində iştirak edə bilər. Paşinyan izah edib ki, bu, bütün vətəndaşlara aiddir. “Biz mütləq islahat yolu ilə getməliyik, bu yol olmadan heç bir məsələ həll oluna bilməz. Mən hər kəsin bu yolu tutmaq istəyini alqışlayıram”. Paşinyan katolikosun dürüstlük yoxlamasından və ya etibarlılıq testindən keçməli olduğunu bəyan edib. 

Kilsə ilə hakimiyyət arasındakı gərginlik Ermənistan media orqanlarının da ən çox diqqət yetirdikləri mövzulardan biridir. Yazılarda Paşinyanın kilsəni parçalamağa nail olduğu, katolikosun devrilməsi prosesinin yekun mərhələyə qədəm qoyduğu bildirilir. 

“ArmLur.am” saytında yerləşdirilən “Katolikosun devrilməsi ssenarisi işə salınıb, yeparxiyalar təzyiq altındadır, ana taxt susur” sərlövhəli məqalədə deyilir: “Bu gün və ya sabah bütün ermənilərin katolikosu II Qareginin taleyi məsələsi Ermənistanın siyasi rəhbərliyi üçün həlledici ola bilər. Paşinyanın hakimiyyəti onun hazırladığı ssenarini həyata keçirməyə, katolikos II Qaregini Eçmiədzin ana taxtından birdəfəlik kənarlaşdırmağa hazırlaşır”. 

Saytın məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları artıq bütün yeparxiya rəhbərləri, o cümlədən yepiskopların noyabrın 27-də keçirilmiş toplantısının nəticəsi olaraq dərc edilmiş səs-küyə səbəb olan bəyanatı imzalayanlarla fərdi görüşlərə başlayıblar: “Hətta onların evlərinə də gedirlər. Həmin sənəddə imzalarının olmadığını ictimai şəkildə bəyan edənlər isə hüquq-mühafizə əməkdaşları ilə yenidən uzun söhbətlər aparmağa və izahat verməyə məcbur olurlar. Hamıya izah edilib ki, baş nazir Nikol Paşinyanla görüşmələri və problemin həlli üçün çıxış yolu tapmaları zəruridir. 

“ArmLur.am”ın mənbələri iddia edir ki, bu görüşlər zamanı yeparxiya rəhbərlərinə “katolikos dövrünün başa çatdığı” bildirilir: “Hakimiyyətin ssenarisi isə aşağıdakı kimidir. Katolikos II Qaregin ev dustaqlığına alınır, yaxud hansısa formada xarici aləmdən tam təcrid edilir. Bəzi yepiskopların təzyiqinə məruz qalmış arxiyepiskop Arşakın da həbs ediləcəyi ehtimal olunur. Bundan bir neçə saat və ya bir neçə gün sonra isə internetdə II Qareginin katolikos taxtından istefa verdiyini açıqlayan məktubun yayılması gözlənilir. Yepiskoplar artıq Paşinyanla görüşüblər. Bu ssenari həqiqətən həyata keçirilərsə, son onilliklərdə kilsə ilə dövlət arasındakı münasibətlərdə həm siyasi, həm də sosial baxımdan ən dərin böhranlardan birinə çevrilə bilər. 

Ən maraqlısı isə odur ki, bütün bu müddət ərzində müqəddəs Eçmiədzin tam sükut içindədir: yeni təzyiqlərə dair məlumatları nə təkzib, nə də təsdiq edən bir nəfər belə tapılmayıb. Yalnız o aydındır ki, qarşıdakı günlər təkcə II Qareginin taleyi üçün deyil, bütün Erməni Apostol Kilsəsi üçün həlledici ola bilər. Paşinyan kilsəni din xadimlərinin əli ilə daxildən çökdürdü”.

Situasiyanı şərh edən siyasi analitik Arqişti Kiviryan “Nyus.am”a açıqlamasında bildirib ki, Ermənistan milli təhlükəsizlik xidməti aktiv fazaya keçib: “Arxiyepiskopların bəyanatı o deməkdir ki, MTX Nikol Paşinyanın göstərişi ilə aktiv fəaliyyətə keçib. Bəyanatı imzalayan ruhani şəxslərin adları illərdir ki, hazırda arxiyepiskop Arşak Xaçatryana qarşı səsləndirdikləri eyni ittihamlarla bağlı mediada mütəmadi hallanır. Bu, daha ağır günahdır, çünki onlar özləri yol verdikləri əmələ görə bir başqasını ittiham edirlər. Bu, Erməni Apostol Kilsəsinə qarşı açıq hörmətsizlikdir. Paşinyanın məqsədi kilsəni təmizləmək deyil, onu müxtəlif məqsədlərlə özünə tabe etməkdir. Hətta bu institutun zəiflədilməsi və ya tamamilə dağıdılması da hədəflənə bilər”. 

Onun fikrincə, arxiyepiskop Arşaka qarşı aparılan kampaniya onun Paşinyana tabe olmaması, bütün ermənilərin katolikosuna qarşı çıxmaması və onu “satmaması” ilə bağlı ola bilər. “Əgər arxiyepiskoplar həmin bəyanatın altına imza atmasaydılar, onların iştirakı ilə kompromat xarakterli videolar yayımlanacaqdı”, – deyə Kiviryan vurğulayıb. 

*** 

Diqqəti cəlb edən hadisələrdən biri Eçmiədzin ana taxtının noyabrın 28-nə təyin olunan Ali Ruhani Şuranın iclasının baş tutmamasıdır. Kilsənin yaydığı bəyanatda bildirilib ki, arxiyepiskop Navasard Kçoyan, arxiyepiskop Abram Mkrtçyan, arxiyepiskop Vazgen Mirzəxanyan, yepiskop Vrtanes Abramyan və yepiskop Gevork Saroyanın iştirak etməməsi səbəbindən iclası çağırmaq mümkün olmayıb. Bəyanatda daha sonra deyilir: “Bununla belə, toplantıda iştirak edən üzvlər 27 noyabr tarixində 9 yepiskop tərəfindən imzalanmış bəyanata şəxsi qaydada münasibət bildiriblər. Qeyd olunub ki, həmin bəyanat arxiyepiskop Arşak Xaçatryanla bağlı yaradılmış komissiyanın fəaliyyətini tam şəkildə təhrif edir. Komissiya, əslində, heç bir iclas çağırmayıb və hətta arxiyepiskop Arşaka görüş imkanı da təqdim etməyib. Komissiya üzvlərinin bütün ermənilərin katolikosuna təqdim etdikləri rəy isə lazımi qaydada rəsmiləşdirilməyib”.

Həmçinin vurğulanıb ki, komissiya videoyazıya dair ekspertizanın aparılması üçün İstintaq Komitəsinə rəsmi müraciət etməyib: “Komissiyanın ayrı-ayrı üzvlərindən biri tərəfindən əldə edilmiş rəy isə qanunun açıq şəkildə pozulması yolu ilə əldə olunub, əhatəli və tam deyil, etibarlı əsas kimi qəbul edilə bilməz və buna görə də Ermənistan patriarxı tərəfindən qəbul olunması mümkün deyil”. 

*** 

Bu arada “Joxovurd” qəzeti öz mənbələrinə istinadən N.Paşinyanın bütün ermənilərin katolikosunun mümkün varisi postuna üstünlük verdiyi iki namizədi müəyyənləşdirdiyini yazıb. Nəşrin məlumatına görə, əsas namizədlər kimi ABŞda yaşayan Qərb yeparxiyasının rəhbəri, baş yepiskop Ovnan Terteryan və Kilikya Böyük Evinin Katolikosu I Aram nəzərdən keçirilir. Hakimiyyət hesab edir ki, onlar vəziyyətin necə inkişaf edəcəyinin aydın olacağı vaxta qədər ona qarşı loyallıqlarını qoruyub saxlayacaqlar. Məqalədə qeyd olunur ki, “mövcud hakimiyyət II Qareginin səlahiyyətləri başa çatdıqdan sonra Erməni Apostol Kilsəsində yeni “azad meydan” və yenidən bölüşdürülmüş təsir imkanları yarada bilər”. Qəzetin mənbələri bildirir ki, güc strukturları artıq yeparxiya rəhbərlərinə, o cümlədən katolikosu gözdən salan və yepiskoplar toplantısından sonra yayılmış bəyanatı imzalayan və ya imzalamayanlara fərdi reydlər etməyə başlayıb. 

Kilsə ilə bağlı proseslərin bundan sonra necə inkişaf edəcəyi barədə XQ-yə şərh verən politoloq Zaur Məmmədov bildirdi ki, Erməni Apostol Kilsəsində son proseslər bəzi din xadimlərinin daxildən dağıdıcı fəaliyyətlə məşğul olduqlarını göstərir. Onun sözlərinə görə, arxiyepiskop Arşaka qarşı kampaniya və bəyanatlar, eləcə də komissiyanın qanunsuz və formalist yanaşmaları kilsə institutlarının etibarlılığını ciddi şəkildə sarsıdır, kilsənin ictimai nüfuzunu zəiflədir: “Bu təzyiqlər yalnız şəxsi məqsədlərə xidmət etmir, eyni zamanda, kilsənin müstəqil idarəçilik mexanizmlərini də pozur. Paşinyanın rəhbərliyi altında həyata keçirilən tədbirlər isə tam əksinə, kilsənin müstəqilliyini qorumaq, ictimai ədaləti təmin etmək və daxili intriqaların yaratdığı böhrandan çıxmaq məqsədini güdür. Baş nazirin müdaxiləsi olmadan kilsə daxilindəki pozucu təsirlər daha da güclənər, dini institutların legitimliyi sarsılar, cəmiyyətin etimadı itərdi”. 

Z.Məmmədov qeyd etdi ki, bu günlər həm II Qareginin taleyi, həm də Erməni Apostol Kilsəsinin gələcəyi üçün həlledici mərhələdir: “Paşinyanın fəaliyyəti olmadan, daxildən dağıdıcı qüvvələr kilsəni tamamilə zəiflədə və ictimai mövqeyini itirə bilərdi. Qarşıdakı günlərdə görüləcək tədbirlər yalnız konkret dini liderlər üçün deyil, bütün dini institutların mövqeyini və gələcək nüfuzunu müəyyən edəcək”.

Səxavət HƏMİD

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Noyabr 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see698

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see430

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see256

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see229

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see218

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see206

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see205

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see203

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see202

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see197

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see193

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see191

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see189

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see187

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see185

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see183

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see179

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see177

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see177

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri