Paşinyan və II Qaregin qarşıdurması: Ermənistanı hansı ssenari gözləyir?
Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Oqtay Qasımov
Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistan cəmiyyətində artıq 7 ildən çoxdur ki, hakimiyyətlə kilsə arasında ziddiyyətlər kəskin şəkildə davam edir və bu gərginlik ötən il, necə deyərlər, kulminasiya nöqtəsinə çatdı. Hakimiyyətlə kilsə arasındakı ən ciddi qarşıdurmalardan biri II Qareginin kilsə məhkəməsi qarşısına çıxarılması məsələsi ilə bağlı oldu. Əslində, bu məsələ daha çox siyasi xarakter daşıyır və Ermənistan cəmiyyətində təsir uğrunda mübarizənin təzahürü kimi qiymətləndirilə bilər.
“Əgər II Qaregin məhkəmə qarşısına çıxarılarsa və onun əməllərinə hüquqi qiymət verilərsə, bu, ilk növbədə hakimiyyətin qələbəsi kimi dəyərləndiriləcək. Nəzərə almaq lazımdır ki, son seçkilər də müəyyən mənada hakimiyyətlə kilsə arasındakı qarşıdurma şəraitində keçib. Bu baxımdan, Paşinyan hakimiyyəti kilsəyə qarşı addımlarını davam etdirər və bu istiqamətdə müəyyən nəticələr əldə edə bilərsə, Ermənistan cəmiyyətində öz siyasi gücünü daha da artırmaq imkanı qazanacaq”-deyə o əlavə edib.
Başqa tərəfdən, Ermənistan Apostol Kilsəsinin Konstitusiya ilə müəyyən edilmiş xüsusi hüquqları mövcuddur və kilsə bu hüquqlardan fəal şəkildə istifadə edir. Erməni cəmiyyətində onun kifayət qədər ciddi təsir imkanları və mühüm rolu var. Məhz bu rolu zəiflətməklə Paşinyan hakimiyyəti, yəni dünyəvi siyasi hakimiyyət, öz mövqelərini daha da möhkəmləndirməyə çalışa bilər.
İradə Cəlil, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 07 Avqust 2026 12:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















