Icma.az
close
up
RU
Paşinyan Qazax İcevan yolunu gündəmə gətirdi: Nələr gözlənilir?

Paşinyan Qazax İcevan yolunu gündəmə gətirdi: Nələr gözlənilir?

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

İrəvan regional kommunikasiyaların açılması istiqamətində Rusiyaya etibar edərək əməkdaşlığı gücləndirməyə hazırlaşır. Ermənistan baş naziri Nikol Paşinyanın verdiyi məlumata görə, İrəvan bu məqsədlə Moskvaya rəsmi məktub göndərib və prosesin sürətləndirilməsində ümidlidir. Baş nazir Qazax-İcevan yolunun açılmasında istəklidir.

O, həmçinin Ermənistan və Azərbaycan nümayəndələrinin Arazdəyən–Sədərək dəmir yolu hissəsinə səfərini xatırladaraq bildirib ki, Rusiya balansında olan Ermənistan dəmir yollarının Azərbaycan və Türkiyə ilə birləşdirən hissələrinin təmiri həyata keçiriləcək.

Qazax-İcevan yolu Ermənistana taxıl və neft daşıması üçün ən yaxşı yol hesab olunur və bərpa edilməsinin vacibliyi vurğulanır.

Məsələ ilə bağlı danışan politoloq Turan Rzayev bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh prosesi uğurla davam edir və bu, region üçün önəmli bir dinamikanın işarəsidir.

"Vaşinqton görüşündən sonra iki ölkə arasındakı əlaqələr müsbət istiqamətdə inkişaf edir. Sülh prosesinin effektiv olması üçün eyni zamanda kommunikasiyaların açılması da vacibdir və bu, gündəmdə duran əsas məsələlərdən biridir. Qazax-İcevan və Arazdəyən–Sədərək dəmir yollarının təmiri həm strateji, həm də regionun kommunikasiyası baxımından böyük əhəmiyyət daşıyır. Bu yollar SSRİ dövründə geniş istifadə olunub, lakin müasir dövrdə onların bərpası xüsusi əhəmiyyət kəsb edir. Çünki bu infrastruktur Azərbaycan məhsullarının Ermənistan bazarına çıxmasına şərait yaradacaq, bu da qarşılıqlı iqtisadi asılılığı gücləndirəcək".

Politoloq əlavə edib ki, iqtisadi əlaqələrin mövcudluğu müharibə ehtimallarını minimuma endirir:

"Bu prinsip ABŞ və Çin kimi böyük dövlətlər arasındakı münasibətlərdə də özünü göstərir. İqtisadi asılılıq səbəbindən bu iki ölkə bir-biri ilə hərbi münaqişəyə girmir. Eyni yanaşma region dövlətləri arasında da tətbiq oluna bilər. Qarşılıqlı iqtisadi maraqların artırılması yalnız sülhün təmin olunmasına deyil, həm də regionun iqtisadi inkişafına töhfə verəcək. Bu proses həm logistik, həm ticarət, həm də siyasi əlaqələrin möhkəmlənməsinə gətirib çıxaracaq. Nəticədə, həm Azərbaycanın, həm də Ermənistanın gələcəkdə daha stabil və qarşılıqlı faydalı əlaqələr qurmaq imkanı yaranacaq"./news24.az

Oxunub 42

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 30 Yanvar 2026 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see450

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see212

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see201

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see198

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see194

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see176

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see176

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see176

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see170

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see166

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see164

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see163

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see162

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see157

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see151

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see147

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see141

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see141

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see140

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri