Paşinyan Qazax İcevan yolu ilə bağlı suala cavab verdi
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Kommunikasiyaların açılması prosesində müzakirə olunmayan heç bir məsələ, o cümlədən dəmir yolu xətti yoxdur.
Modern.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün parlamentdə keçirilən hökumət saatı zamanı bildirib.
O, deputatlardan birinin Qazax-İcevan dəmir yolu xəttinin bərpasının müzakirə olunub-olunmaması ilə bağlı sualını cavablandırarkən qeyd edib ki, bu məsələ də gündəmdədir.
“Əlbəttə ki, müzakirə olunur. Lakin sözügedən dəmir yolu hissəsi ilə bağlı nəzərə almalıyıq ki, Aqarçin kəndi ərazisində torpaq sürüşmələri baş verir. Bu isə həll oluna bilən məsələdir. Əgər həmin dəmir yolu xətti kifayət qədər yükdaşımaya və gəlirlilik perspektivinə malik olduğunu göstərərsə, onun bərpası mümkündür”, - deyə Paşinyan bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 11 Fevral 2026 17:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















