Icma.az
close
up
RU
Paşinyan revanşistlər savaşı SON MƏRHƏLƏDƏ II Qareginin devrilməsinə sayılı günlər QALDI...

Paşinyan revanşistlər savaşı SON MƏRHƏLƏDƏ II Qareginin devrilməsinə sayılı günlər QALDI...

Icma.az bildirir, Bizim media portalına istinadən.

Ermənistanda cərəyan edən son proseslər onu deməyə əsas verir ki, Paşinyan revanşistlərə qarşı son addımlara hazırlaşır. Bu fonda erməni Apostol kilsəsinin rəhbəri II Qareginin istefası da yaxınlaşır.
Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında bildirib ki, 2026-cı il parlament seçkilərindən əvvəl Erməni Apostol Kilsəsinin rəhbərliyində dəyişiklik baş verməlidir.
Simonyan bütün ermənilərin katolikosu II Qaregini "vaxtında" istefa verməyə çağırıb.
"O, başa düşməlidir ki, işlərin alternativi olmayan bir nöqtəyə çatmasına imkan verməməlidir. Alternativi olduğu müddətcə bu qərarı özü verə bilər", - spiker deyib.
II Qareginin qohumlar hədəfdə
Artıq II Qareginin qardaşı Gevorq Nersisyan və qardaşı oğlu Ambarstum Nersisyan xuliqanlıqda və seçki təbliğat kampaniyasının keçirilməsinə mane olmaqda ittiham olunaraq saxlanılıblar.
 

Məlumata görə, Armavir vilayətinin Vaqarşapat icmasına keçiriləcək yerli özünüidarəetmə orqanlarına seçkilər ərəfəsində “Respublika” partiyasının namizədi Arutyun Mkrtçyan “Facebook”da etdiyi paylaşımda katolikosun qardaşı Gevorq Nersisyan oğulları ilə birlikdə seçki təbliğatının aparılmasına mane olduqlarını bəyan edib. Bütün bunlar onu göstərir ki, II Qaregin üçün istefa zamanı yetişib. 


Seçkiqabağı son şans
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov bildirir ki, gələn ilin yayında Ermənistanda keçiriləcək parlament seçkiləri həm Nikol Paşinyan, həm də ona qarşı olan qüvvələr üçün ölüm-dirim savaşıdır:
“Paşinyan yaxşı anlayır ki, seçkiləri udmasa, rusiyapərəst qüvvələr hakimiyyətə gəlsə, ona qarşı ən kəskin addımlar atılacaq. Hər cür cinayətlərdə təqsirləndiriləcək və son nəticədə proses Paşiyanın həbsilə yekunlaşacaq.
Gələn ilki seçkilər müxalifət üçün də son şansdır. Çünki növbəti dəfə onların imkanları xeyli azalacaq. Bu səbəbdən bütün qüvvələr, bəzi siyasi partiyalar, kilsə, sahibkarlar Paşinyana qarşı birləşməyə cəhd edirlər. Rəy sorğularına görə, kilsə ordudan sonra Ermənistanda ən nüfuzlu qurum sayılır”.
Səmədov qeyd edir ki, Paşinyanın ifşaları kilsəni nüfuzdan salmayıb:
“Son rəy sorğusunda hətta bir qədər də nüfuzu artıb. Paşinyanın kilsə ilə bağlı ortaya qoyduğu faktlar erməni cəmiyyətinə o qədər də ciddi təsir göstərməyib. Müxalifət Samvel Karapetyanın timsalında yeni lider ortaya çıxarmağa cəhd edir.
 

Həm kilsəni, həm hərbçilərin bir hissəsi, həm də Robert Koçaryanı onun ətrafında birləşdirməyə çalışırlar. Ola bilsin, bloka gələcəkdə Serj Sarkisyan da qoşulsun. Paşinyan da nəyin bahasına olursa-olsun bunun qarşısını almalıdır. O, bütün vasitələrdən istifadə etməklə, nəyin bahasına olursa-olsun revanşist qüvvələri sıradan çıxarmalıdır”. 


“II Qaregin məsələsi ancaq seçkidən sonra öz həllini tapacaq”.
Səmədov seçkilərə qədər II Qareginin istefası istiqamətində addım atılacağını düşünmür:
“Kilsə sıradan çıxarılmalıdır. Seçkilərə doğru getdikcə, bu qarşıdurma hər gün daha da şiddətlənəcək. Amma seçkilərə qədər II Qareginlə bağlı nəyinsə baş verəcəyini güman etmirəm. Qərbdə buna dəstək verməlidir. Əks halda rusiyameylli qüvvələr seçkidə qalib gəlib hökumət təşkil etsə, bu həm bölgə, həm Ermənistanın özü, həm də dünya üçün ciddi problemlər yaradacaq. Belədə Rusiyanı da Cənubi Qafqazdan tamamilə çıxarmaq mümkün olmayacaq”.
Rüfət Sultan, Bizim.Media  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://bizim.media
archiveBu xəbər 04 Noyabr 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see271

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see207

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see199

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see192

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see183

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see179

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see176

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see164

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see164

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see153

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see150

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see150

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see144

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see143

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see138

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see136

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri