Paşinyan II Qareginin bugünkü fərmanlarını RƏDD ETDİ
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Mən artıq bildirmişəm ki, Ktriç Nersisyan (II Qaregin) bütün ermənilərin katolikosu deyil və buna görə də onun verdiyi qərarlar bizim üçün heç bir dəyər kəsb etmir və etibarsızdır".
Modern.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qareginin bu gün imzaladığı fərmanları şərh edərkən haqqında bildirib.
Qeyd edək ki, II Qareginin 10 yanvar tarixli fərmanı ilə yepiskop Gevork Saroyan Masiatsotn yeparxiyasının primatı vəzifəsindən uzaqlaşdırılıb.
Gevork Saroyanın dini postdan çıxarılmanın əsas səbəbi kimi vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifələrini yerinə yetirməməsi və yeparxiyanın ruhanilərinə qarşı təzyiq və zorakılıq tətbiq etməsi göstərilib.
II Qareginin digər fərmanı ilə yepiskop Ruben Zarqaryan yeparxiyanın rəhbəri təyin edilib.
Nikol Paşinyan isə II Qreginin sözügedən fərmanlarını rədd edərək deyib:
“Yepiskop Gevork Saroyan hələ də Erməni Apostol Müqəddəs Kilsəsinin Masiatsotn yeparxiyasının primatı olaraq qalır", - deyə Baş nazir vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 10 Yanvar 2026 15:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















