Paşinyan Rusiyadan İlham Əliyevə təşəkkür etdi Ermənistana qarşı blokadanı ləğv etdiyinə görə
Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
Mia.az TRT Haber-ə istinadla xəbər verir ki, buna səbəb Ermənistana qarşı tranzit blokadasını ləğv olunmasıdır.
Məlumata gərə, bu barədə Paşinyan Rusiyanın Sankt-Peterburq şəhərindəki Boris Yeltsin Prezident Kitabxanasında keçirilən Avrasiya İqtisadi Birliyinin (AİB) ən yüksək orqanı olan Ali Avrasiya İqtisadi Şurasının iclasında söz açıb.
O, çıxışında bildirib ki, Cənubi Qafqazda müsbət və konstruktiv dəyişikliklər davam edir: "Bu, regiondakı bütün dövlətlər üçün yeni imkanlar yaradır, eyni zamanda, iqtisadi sabitliyi gücləndirir".
Paşinyan nəqliyyat və logistika sahəsində əməkdaşlığın inkişaf etdirilməsini vacib heab edib: "İki ölkə arasında onilliklər ərzində Ermənistan və Azərbaycan arasında ilk tranzit daşınmalar regionda sülh və sabitliyin bərqərar olması istiqamətində mühim əhəmiyyətli nailiyyətlərdən biridir. Azərbaycan ərazisindən ölkəmizə artıq malların tranzitinə qoyulan blokada götürülüb. Buna görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdaram. Artıq təxminən 1200 ton Azərbaycan mənşəli yanacaq daşıyan qatar 19 dekabrda Gürcüstan ərazisindən keçərək Ermənistana çatıb...".
Samir MUSAYEV
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 22 Dekabr 2025 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















