Icma.az
close
up
RU
Paşinyan Rusiyadan NƏ İSTƏYİR? Tramp İrəvanın planını DƏYİŞDİ

Paşinyan Rusiyadan NƏ İSTƏYİR? Tramp İrəvanın planını DƏYİŞDİ

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını yekunlaşmış hesab etmək olar. Rəsmi Bakı və İrəvan tərəfindən son iki gündə səsləndirilən bəyanatlara əsasən, sülh sazişinin imzalanması üçün son addımların müzakirə olunduğunu düşünə bilərik.

İrəvan son iki mübahisəli maddə üzrə Bakının təkliflərini qəbul edib. Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da təsdiqlədi. Onun XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında: "Bakı və İrəvan arasında sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi artıq yekunlaşıb", - fikri daşların yerinə oturdulmaq üzrə olduğuna ümidləri bir xeyli artırıb.

İki ölkə arasında 17 maddəlik tarixi sülh sənədinin bütün bəndləri razılaşdırılmış hesab edilə bilər.

C.Bayramovun bu çıxışından sonra İrəvanın reaksiyası diqqət çəkdi. Məsələyə münasibət bildirən Ermənistan Xarici İşlər Nazirliyi bəyanat yayaraq qeyd etdi ki, İrəvan sülh müqaviləsini imzalamağa hazırdır. Bəyanatda, həmçinin qeyd olunur ki, iki ölkə arasında imzalanması gözlənilən sülh müqaviləsinin vaxtı və yeri barədə razılığa gəlinəcək.

İlk baxışdan proseslərin rəsmi Bakının istəyinə uyğun olaraq cərəyan etdiyini düşünmək olar. Lakin qarşımızdakı tərəfin Ermənistan olduğunu, bu bölgə ilə bağlı geosiyasi reallığı nəzərə alanda daha diqqətli və ehtiyatlı davranmağın vacibliyi ön plana çıxır.

Təbii ki, regional siyasətə qlobal tendensiyalar da güclü şəkildə təsir edir. Belə ki, Donald Trampın növbəti dəfə ABŞ prezidenti seçilməsi ilə dünya yeni dinamik transformasiyalar mərhələsinə qədəm qoyub. Bir çox ölkələrin planları da məhz bu dəyişikliklə uğursuzluğa düçar olmağa yaxındır.

Bu situasiya Azərbaycanla sülhə hazır olduğunu əlində bayraq edən Ermənistan üçün xüsusilə növbəti çətin sınaq dönəmi kimi də şərh edilə bilər.

Bayden Administrasiyasına özü qədər arxayın olan, Fransa başda olmaqla Qərbi "arxasına alan" Nikol Paşinyan hakimiyyəti müharibə ritorikasından əl çəkmirdi. Bunu həm ABŞ-dən, həm də Fransadan son bir il ərzində Ermənistana daşınan öldürücü silahlarla bağlı rəsmi Bakının əlində olan faktlar da təsdiq edir.

Donald Trampın hakimiyyətə gəlişi ilə birdən-birə sürpriz qərarlar verməsi - xüsusilə Şərqi Avropadakı proseslərə (Rusiya-Ukrayna müharibəsi) yanaşması, belə görünür, Paşinyan rejimi üçün soyuq duş oldu. Ermənistan şahid oldu ki, yeni administrasiya Rusiyanın düşməni mövqeyindən çəkilib, tərəfdaşlıq siyasətini prioritet seçməyi daha məqbul hesab edir. Belə olan halda yanan da, özünü yandıran da yenə Ermənistan oldu.

Dünənə kimi Rusiyanın təşkilatçısı olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclaslarına qatılmayan, boykot edən rəsmi İrəvan artıq quyruğunun qapı arasında qaldığını çox açıq nümayiş etdirdi.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh sazişinin mətni ilə bağlı əldə edilən razılaşma barədə əvvəlcə yaxın dostu, Fransa Prezidenti Emmanuel Makronu deyil, ara-sıra tənqid etdiyi, son iki il ərzində bilavasitə rəhbəri olduğu təşkilatların tədbirlərində iştirakdan boyun qaçırdığı Rusiyanın Prezidenti Vladimir Putini telefonla məlumatlandırmaq qərarı təsdiq edir.

Paşinyan yenə erməni xislətini işə saldı. Görünür, İrəvan Tramp hakimiyyətinin Rusiyaya qarşı yumşaldıcı və əməkdaşlıq siyasətindən sonra Avropanın Putin qarşısında manevr imkanlarının xeyli məhdudlaşacağını ehtimal edir.

Buna görə də Paşinyan indidən Rusiyanın Ukrayna müharibəsindən sonrakı planlarından narahat olmağa başlayıb. Bu səbəbdən də, o, Putinlə münasibətləri istiləşdirməyə can atır. Ermənistanın baş nazirinin Rusiya prezidentinin dəvətini qəbul edərək mayın 9-da Moskvada Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi münasibətilə yubiley tədbirlərində iştirakını təsdiq etməsi isə bu deyilənlərin növbəti təsdiqidir.

Əli aşından da, Vəli aşından da olan Ermənistanın Rusiyanın forpostu olaraq qalacağı ağlabatandır. Fransa başda olmaqla Qərbin ona Azərbaycan qarşısında dəstəyinin yetməyəcəyini anlayan Paşinyan hakimiyyəti yenidən Rusiyanın ətəyindən bərk-bərk yapışmağı özünə rəva bildi.

İstənilən halda, nəticələri artıq sülhə doğru dəyişməyin vaxtı yetişib. Hazırda Azərbaycan və Ermənistan tərəfindən verilən açıqlamalardan da aydın sezilir ki, ortada sülh müqaviləsinin bağlanmaması üçün ciddi problem qalmayıb. Bu, ən azından, Azərbaycandan belə görünür. Amma Ermənistanın hələ də kütləvi şəkildə silahlanmanı dayandırmaması və aprel ayında Azərbaycana qarşı müharibəyə başlamaq ehtimalı rəsmi Bakının diqqətindədir. Digər yandan da Ermənistanın özünə "ağa" axtarışlarını davam etdirməsi İrəvanın manipulyasiya cəhdlərindən asanlıqla əl çəkməyəcəyini, havadarının hansı havanı çalmasına uyğun olaraq manevr edəcəyini nəzərə alsaq, Azərbaycanın narahatlığı inkaredilməzdir.

Bunu martın 13-də Bakıda, "Gülüstan" sarayında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" mövzusunda XII Qlobal Bakı Forumun açılış mərasimində çıxış edən Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərdən də anlamaq mümkün idi. Dövlət başçısının açıqlamalarından da Bakı ilə İrəvan arasında mətn üzrə işin yekunlaşdırılmasının hələ sülhün imzalanması anlamına gəlmədiyini anlamaq çətin deyil.

10 Noyabr Bəyanatından sonra tərəflər arasında beş il ərzində razılaşdırılan 17 maddəlik sülh sazişi mətni Bakı-İrəvan dialoqunda bütün məsələlərin həlli anlamına gələ bilməz. Bundan sonra hər şey Ermənistanın sərgiləyəcəyi mövqedən, məsələlərə nə qədər konstruktiv yanaşmasından asılı olacaq.

Təhməz Əsəd

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:202
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 Mart 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri