Icma.az
close
up
RU
Paşinyan Qərbdən nə istəyir?

Paşinyan Qərbdən nə istəyir?

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Münhendə 61-ci illik Təhlükəsizlik Konfransı başa çatdı. Dəvət edilən qonaqlar arasında Ermənistanın baş naziri Nikol Paşinyan da var idi. Paşinyan Münhendə bir sıra Avropa liderləri ilə bir araya gəldi. Bu təmaslar zamanı Cənubi Qafqazda vəziyyət və Azərbaycan-Ermənistan sülh danışıqları da müzakirə edildi. Diqqətçəkicidir ki, Almaniya səfərindən bir neçə gün qabaq Paşinyan Fransada, ondan da az öncə ABŞ-da olmuşdu. Paşinyanın Avropaya səfəri bir neçə səbəbdən diqqəti cəlb edir. İlk növbəti erməni baş nazirin ABŞ səfəri fiasko ilə nəticələndi. Prezident Donald Trampla görüşməyi hədəfləsə də onu qəbul edən ən yüksək səviyyəli ABŞ rəsmisi vitse - prezident Ceyms Devid Vens oldu. Bu səfər erməni cəmiyyətində ciddi tənqidə səbəb oldu. Nikol Paşinyan Bayden admistirasiyası ilə imzaladığı " Strateji əməkdaşlıq " haqqında sazişin Tramp tərəfində təsdiqini və Ermənistana yeni yardımlar ayrılmasına nail olmaq istəyirdi. Ancaq Ağ ev rəhbəri Paşinyanı qəbul etməkdən imtina etdi. Vitse - prezidentlə görüşündə isə elə də ciddi nəticə əldə edə bilməyən hökümət rəhbəri bunun hesabatını erməni xalqına verməkdə çətinlik çəkir. Buna görə də Münhen Təhlükəsizlik Konfransından istifadə edərək dərhal Avropa səfərinə başladı. Təbii ki, Paşinyanın səfəri zamanı əsas hədəf bu konfransda iştirak deyildi. Əgər belə olsaydı Ermənistanın nümayəndə heyətinin tərkibinə müdafiə naziri Suren Papikyan da daxil edilməzdi. Münhen Təhlükəsizlik Konfransı təhlükəsizlik və diplomatik məsələlərin müzakirə olunduğu platformadı. Burda hərbi məsələlər müzakirə edilmir. Paşinyan tədbirə müdafiə nazirini aparmaqla öz niyyətini açıq şəkildə biruzə vermiş oldu. Ermənistan son zamanlarda hücum silahları ilə silahlanmaqda davam edir. Erməni ordusunda ballistik raketlərin sayı durmadan artır. Hindistan və Fransa ilə hərbi əməkdaşlığı ən yüksək səviyyəyə qaldıran Ermənistan Almaniya ilə də əməkdaşlığa xüsusi önəm verir. Pasinyan Münhendə görüşlər keçirdiyi ərəfədə Almaniyada erməni hərbiçiləri NATO çərçivəsində təlimlərə cəlb edilmişdi. Nikol Paşinyanın Almaniya kansleri Olaf Şolzsla görüşündə də Almaniya - Ermənistan hərbi əməkdaşlığı məsələsi geniş şəkildə müzakirə edildi. Qərbin İrəvana bu şəkildə dəstəyi regionda vəziyyəti daha da gərginləşdirməyə, Ermənistanda revanş siyasətinin güclənməsinə xidmət edir. Paşinyanın sülh danışıqlardan sadəcə vaxt qazanmaq üçün istifadə etmək niyyəti isə həm Ermənistanın özünə , həm də onun müttəfiqlərinə çox baha başa gələcək.
Zeynal Əmrəliyev
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:204
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 20 Fevral 2025 23:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see340

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see326

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see260

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see244

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see232

Hansi Flik Qavinin zədəsi barədə danışıb

24 Avqust 2026 03:49see227

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see216

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see215

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see213

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see190

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see182

Ceyhun Bayramov: Bakı və Daşkənd arasında əməkdaşlıq dinamikası artır

24 Avqust 2026 13:23see178

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see175

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see166

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see165

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see155

Bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək

24 Avqust 2026 01:34see152

Polşa ordusu üçün minlərlə “Piorun” zenit raket kompleksi alacaq

24 Avqust 2026 07:23see147

Neft 1 dollardan çox ucuzlaşıb

24 Avqust 2026 08:09see143

Dünyanın ən gözəl qızının indiki halı FOTOLAR

24 Avqust 2026 20:41see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri