Icma.az
close
up
RU
Paşinyan saqqalını qırxıb simasını dəyişdi. Siyasətini də dəyişəcəkmi? Yeni Sabah

Paşinyan saqqalını qırxıb simasını dəyişdi. Siyasətini də dəyişəcəkmi? Yeni Sabah

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ermənistan baş naziri Nikol Paşinyan son çıxışında Müstəqillik Bəyannaməsinin məzmununa əsasən, Ermənistan Respublikası mövcud ola bilməyəcəyini deyib. Paşinyan ölkə qanunvericiliyinin dəhşətli dərəcədə təzadlarla dolu olduğunu qeyd edib. O bildirib ki ki, ermənilərin hazırda faktiki vətəni var və başqa dövlətlərin ərazisində özlərinə vətən axtarmamalıdırlar. 

Paşinyanın son çıxışı ilə əslində nə demək istəyib? Bu, Ermənistanın Müstəqillik Bəyannaməsinin tezliklə dəyişdiriləcəyi mənası verir?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, Ermənistan baş naziri əvvəllər də buna bənzər ritorikaya baş vurub:

“Bu, yeni ritorika deyil və Paşinyan ara-sıra bu tərz çıxışlar edir. Xatırlıyırsınızsa, bu ilin əvvəlində də o bugünkü Ermənistanın xəritəsini göstərərək real və tarixi Ermənistan müqayisəsini aparmışdı. Çıxışlarının birində Paşinyan bildirmişdi ki, Ermənistanın konstitusiyası hazırkı vəziyyətdə Azərbaycan və Türkiyə ilə münasibətləri ciddi şəkildə gərginləşdirən əsas amillərdən biridir. 

Nikol Paşinyanın bu tipli çıxışları daxili auditoriyaya hesablanıb. Amma əsas məsələ ondan ibarətdir ki, baş nazir bu kimi məsələlərdə daim manipuliyasiya etməyi sevir. Bu, sadəcə bəyanatlardır. Amma onların ardınca hansısa əməli işi bu günə qədər görmədik. 

Onun parlamentdəki çıxışında həm bu məsələyə, həm də 2020-ci ilin noyabrında imzalanan üçtərəfli bəyanata toxunulub. Amma daha çox hay-küy və pafos var. Əslində, Paşinyan düşüncə etibarı ilə digər erməni siyasətçilərindən çox da fərqlənmir”.

Politoloq Paşinyanın imic dəyişikliyinə də münasibət bildirib:

“Artıq bu məsələlər öz əhəmiyyətini itirdi. Yəni bundan sonra Ermənistan hətta Paşinyan səviyyəsində COP29-da iştirak üçün Azərbaycana gəlsə belə, hansısa əhəmiyyəti yoxdur. Ermənistan əslində, bu proseslərlə bağlı qərarını zamanında verməli idi. Paşinyanın imic dəyişikliyinə gəlincə, bu onun öz şəxsi məsələsidir. Onun üzünü təraş etməsi ilə bağlı sosial şəbəkədəki yanaşmalar və s. Ermənistanın daxili məsələsidir. Amma bütün hallarda hesab etmirəm ki, Ermənistan nümayəndələri Bakıya gələcək. İrəvan hələ də ən adi məsələlərdə özü müstəqil qərarlar verməkdən acizdir”.

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:59
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 15 Noyabr 2024 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see288

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see267

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see196

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see192

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see184

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see164

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see155

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see155

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see154

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see150

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see149

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see147

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see145

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see139

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see139

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see137

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see136

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri