Icma.az
close
up
RU
İran Azərbaycana qarşı siyasətini dəyişəcəkmi?

İran Azərbaycana qarşı siyasətini dəyişəcəkmi?

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

Bir səfərin xoş niyyətləri və ideoloji təxribatlarla “zəngin” acı reallıqlar

Aqil CAMAL

Azərbaycan-İran münasibətlərində son zamanlar artan dinamiklik Prezidentin köməkçisi Hikmət Hacıyevin Tehrana səfəri ilə daha da intensivləşdi.

Prezident Məsud Pezeşkian başda olmaqla, İranın rəhbər şəxsləri ilə keçirilən görüşlərdə ən müxtəlif sahələr üzrə ikitərəfli və regional əməkdaşlıq imkanları müzakirə olundu. Səfər edən tərəf – Azərbaycan gündəlikdə olan məsələlərlə bağlı sağlam mövqe, siyasi iradə sərgiləyərək əməkdaşlığa hazır olduğunu nümayiş etdirdi.

Hörmətli Hikmət Hacıyevin Tehranda keçirdiyi görüşlərdə İran tərəfi ilə razılıq əldə edilmiş məsələlər sırasında “bir-birinin daxili işlərinə qarşımama” haqda məsələdə vardı.

Məntiqlə, bu məsələ məhz Azərbaycan tərəfinin təşəbbüsü ilə gündəliyinə daxil edilib. Çünki, Azərbaycanın İranın daxili işlərinə qarşıması kimi sorğu ilə üzləşəcəyi real durum yoxdur. Bəzən, İran öz daxilində baş verən prosesləri hansısa xarici amillərlə əlaqələndirməyə çalışsa da… O cümlədən, İran daxilindəki Azərbaycan milli hərəkatını.

Amma, obyektiv yanaşma və tarix bilgisi onu deyir ki, bu gün İranda güclənməkdə olan Azərbaycan milli hərəkatı tarixi ənənəyə, tarixi köklərə söykənən, nəinki, Azərbaycan Respublikası, ümumiyyətlə, İrana qarşı olan beynəlxalq güclər tərəfindən dəstək görməyən, milli özünüdərk, milli kimlik, milli haqlar uğrunda təbii mübarizə hərəkatıdır. Digər yandan, İranda daxilində milli hərəkatlar yalnız, Azərbaycan türkləri ilə məhdudlaşmır. Son illərdə İranda qanlı aksiyalarla müşayiət olunan hadisələr, o cümlədən, sonuncu prezident seçkisinin nəticələri də, bu ölkədə milli məsələnin bütün etnik varlıqlar üçün ümdə məsələ halına gəldiyini göstərdi. Bu ayaqlanmaların başlıca səbəbi, yüzillərdir Azərbaycan, Türk kimliyini danan, onu əritməyə və məhv etməyə çalışan fars şovinizmidir.

Bu gün bu bir gerçəklikdir ki, İran dövlətinin ideoloji maşını Azərbaycana qarşı daxildən və xaricdən ən müxtəlif formalı təxribat fəaliyyətlərinə rəvac verir, onu dəstəkləyir.

Çox geri tarixə ekskurs etmədən son illərdə, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək məqsədilə başlatdığı Vətən müharibəsində və sonrakı dövrdə İran hər zaman qeyri-konstruktiv, qeyri-səmimi, bir çox hallarda ermənipərəst mövqeyi ilə qarşımıza çıxdı. İran Xankəndidə separatçıların son nəfəsliyi kəsilənədək oraya TIR-larla yanacaq daşıdı. İran Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizinə qarşı çıxaraq, bunu özünün “qırmızı xətti” adlandırdı.

Bu gün İran nəzarətində olan medialar və sosial şəbəkələr üzərindən Azərbaycana qarşı total mübarizə durumundadır. Bu acı gerçəklik hər an, hər yerdə hiss olunur. Baxmayaraq ki, İran daxilində sosial şəbəkələrdən istifadə əsasən qadağan olunub, amma, İrandan Azərbaycana yönəlik sosial şəbəkə fəaliyyəti aktivdir.

Minlərlə saxta sosial şəbəkə hesabı üzərindən Azərbaycan seqmentindən fəallıq göstərən İranın “troll ordusu”, qazandığımız tarixi Zəfəri xalqın gözündən salmaq, cəmiyyətin bütünlüyünü sarsıtmaq, dövlətdən narazı salmaq, insanların dini, məzhəbi duyğuları ilə manipulyasiya etmək, milli azlıqlar, etnik qruplar arasında bölücü fikirlər yaymaq üçün sistemli iş aparır. Az qala dövlət doktrini halına gətirilmiş “ali məqsəd”, Azərbaycan cəmiyyətində özünə bağlı yumşaq güc formalaşdırmaq, Orta Şərqdəki əməllərini burada təkrarlamaqdır…

Təbii ki, bu pis niyyətlər Azərbaycan dövləti və cəmiyyəti tərəfindən sayıqlıqla izlənilir, vaxtaşırı bu təzahürlərlə bağlı preventiv tədbirlər görülür. Və görüləcək!

Bu baxımdan, cənab H.Hacıyevin səfəri zamanı ifadə olunan narahatlıqlar, həm də, Azərbaycan dövləti adından bir xəbərdarlıqdır. Dünyada, regionda sürətlə dəyişən geosiyasi şərtlər fonunda, İran Azərbaycan siyasətinə soyuq başla baxmalıdır. Köklü dəyişikliklərə ümid etməyə dəyməz. Anti-Azərbaycan siyasəti İran adlı dövlətin varlığı ilə mütənasiblik təşkil edir. Şah dövründə də belə idi, molla dövründə də belədir. Amma, ən azı korrektələr edə bilər.

Edəcəkmi? Yaxın zamanı gözləyək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:202
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 04 Fevral 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see379

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see364

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see323

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see290

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see282

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see229

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see228

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see224

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see204

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see204

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see192

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see190

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see189

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see184

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see184

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see175

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri