Icma.az
close
up
RU
Paşinyan seçkini qazandı: Əsas döyüş isə indi başlayır

Paşinyan seçkini qazandı: Əsas döyüş isə indi başlayır

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistanda keçirilən parlament seçkilərinin ilkin nəticələri göstərir ki, baş nazir Nikol Paşinyan növbəti dəfə hakimiyyətdə qalmağı bacarıb. Hakim Vətəndaş Müqaviləsi Partiyası təxminən 51 faiz səslə birinci olub və hökuməti formalaşdırmaq hüququ əldə edib. İlk baxışdan bu nəticə Paşinyanın qələbəsi kimi görünür. Lakin rəqəmlərin arxasında gizlənən siyasi reallıq tamamilə fərqlidir.

Əslində Paşinyan seçkidə qalib gəlsə də, siyasi baxımdan əvvəlkindən daha zəif vəziyyətə düşüb. Paşinyan İkinci Qarabağ savaşından sonra 2021-ci ildə  keçirilən  parlament seçkilərində 72 mandat əldə etmişdi və Ermənistanın siyasi sistemində faktiki olaraq rəqibsiz mövqeyə malik idi. Müxalifət isə ümumlikdə 36  deputat yeri qazanmışdı. “Ermənistan” bloku 29 səs, Serj Sərkisyan və Artur Vanesyanaın lideri olduğu “Mənim şərəfim” bloku 7 yer qazanmışdı.

Bu gün isə vəziyyət dəyişib. İlkin nəticələrə görə, 7 iyunda keçirilən seçkilərdən sonra mandatlar aşağıdakı kimi paylanır:  Hakim "Vətəndaş Müqaviləsi" Partyası - 61 mandat; Samvel Karapertyanın lideri olduğu “Güclü Ermənistan” bloku - 28 mandat; Robert Köçəryanaın lideri olduğu “Ermənistan” bloku - 11 mandat; iş adamı Qaqik Tsarukyanın lideri olduğu “Çiçəklənən Ermənistan”  Partiyası isə - 5 mandat.  Ümumilikdə müxalifət 44 yer qazanıb. 
Beləliklə, hakim partiya parlamentdə sadə çoxluğa malik olsa da, ölkənin gələcəyini müəyyən edəcək strateji qərarları təkbaşına qəbul etmək imkanından xeyli uzaqdır. 

Ən mühüm məqam isə budur ki, Paşinyan konstitusion çoxluq əldə edə bilməyib. Seçkidən əvvəl həm Ermənistanın daxili siyasi gündəmində, həm də Azərbaycan-Ermənistan münasibətlərində əsas məsələ Konstitusiya islahatı idi. Çünki Bakı yekun sülh sazişinin imzalanmasının vacib şərtlərindən biri kimi Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını özündə ehtiva edən müddəaların dəyişdirilməsini tələb edir. 
Bu vəziyyətdə müxalifət parçalanmış olsa da, parlamentdə daha geniş təmsilçilik qazanıb və hakimiyyətin qərarlarına təsir göstərə biləcək imkanlar əldə edib. Bu isə Paşinyanın qarşıdakı beş ildə əvvəlki kimi rahat manevr edə bilməyəcəyini göstərir.

Seçkilərin ən diqqətçəkən tərəfi erməni cəmiyyətinin növbəti dəfə revanşist qüvvələrə tam etimad göstərməməsi oldu. Ermənistan seçicisi yenidən müharibə ritorikasını deyil, sülh və sabitlik vədlərini üstün tutdu. Ancaq burada vacib bir məqam var: Paşinyana verilən səs onun siyasətinə sonsuz etimad deyil, alternativlərin zəifliyinin nəticəsidir.

Çünki Ermənistan cəmiyyəti yaxşı anlayır ki, ölkə iqtisadi, siyasi və təhlükəsizlik baxımından dərin böhran içərisindədir. Regionda yaranmış yeni geosiyasi reallıqlar fonunda İrəvanın əvvəlki siyasətlə davam etməsi mümkün deyil. Məhz buna görə seçici Paşinyanı seçdi. Lakin bu, ona ağ vərəq vermək anlamına gəlmir.
Paşinyanın qarşısında duran əsas məsələ hökumət qurmaq deyil. O bunu artıq edib. Əsas məsələ Azərbaycanla yekun sülh sazişinə nail olmaqdır.

Burada isə Ermənistan hakimiyyətinin indiyədək yerinə yetirmədiyi öhdəliklər ortaya çıxır.
Bu günə qədər Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları qalmaqdadır. İrəvan müxtəlif bəyanatlar versə də, hüquqi müstəvidə heç bir ciddi dəyişiklik etməyib. Konstitusiya islahatı ilə bağlı konkret mexanizm və ya tarix yoxdur.

Eyni vəziyyət Zəngəzur istiqamətində kommunikasiya xətlərinin açılması məsələsində də müşahidə olunur. İllərdir bu mövzu gündəmdə olsa da, ortada nə yekun razılaşdırılmış layihə, nə hüquqi mexanizm, nə də icra planı var. Yəni Ermənistanın sülh gündəliyi daha çox bəyanatlar üzərində qurulub, praktik addımlar isə son dərəcə məhduddur.
Məhz buna görə Paşinyanın sülhə nə qədər sadiq olduğunu seçkilərdəki qələbəsi deyil, seçkilərdən sonrakı addımları göstərəcək.

Digər tərəfdən, seçkilərin nəticələri Moskva üçün də müəyyən imkanlar yaradıb. Kremlin əsas məqsədi regionda təsir imkanlarını qorumaqdır. Azərbaycan-Ermənistan arasında yekun sülh sazişinin imzalanması isə Rusiyanın Cənubi Qafqazdakı ən mühüm təsir alətlərindən birinin zəifləməsi deməkdir.

Bu səbəbdən Moskva seçkidə qalib gəlməsə də, tam  da məğlub olmayıb. Əksinə, parlamentdə təmsil olunan müxalif qüvvələr vasitəsilə sülh prosesinə təsir göstərmək imkanlarını saxlayıb. Xüsusilə Robert Köçəryan və Samvel Karapetyan ətrafında formalaşan siyasi düşərgələr gələcəkdə Paşinyanın hər addımını daxildən təzyiq altında saxlamağa çalışacaqlar.
Seçkilərin ən vacib nəticələrindən biri də budur ki, Paşinyan artıq əvvəlki kimi siyasi monopoliyaya malik deyil. O, hökuməti formalaşdıra bilər, lakin Ermənistanın gələcəyini müəyyən edəcək strateji qərarları qəbul etmək üçün ciddi müqavimətlə üzləşəcək.
Əgər Paşinyan Konstitusiyanın dəyişdirilməsi, Azərbaycanla sülh sazişinin imzalanması və regional kommunikasiyaların açılması istiqamətində real addımlar atarsa, həm parlamentdə, həm küçədə, həm də xarici təsir mərkəzləri tərəfindən ciddi təzyiqlərlə üzləşəcək.
Əgər bu addımları atmazsa, onda Ermənistan yenidən geosiyasi qeyri-müəyyənlik, iqtisadi durğunluq və təhlükəsizlik riskləri içərisində qalacaq.

Başqa sözlə, Paşinyan seçkini qazanıb, amma əsas döyüşü hələ başlamayıb.
Bu gün Ermənistan parlamentində rəqəmlər sadəcə mandat bölgüsü deyil, həm də geosiyasi qüvvələr nisbətidir.

Bu seçkinin əsas nəticəsi hakimiyyət dəyişikliyi deyil. Əsas nəticə ondan ibarətdir ki, Ermənistan cəmiyyəti Paşinyana sonuncu böyük siyasi şansı verib. Bu şansın məqsədi hakimiyyəti qorumaq deyil, ölkəni regional təcriddən çıxarmaq, Azərbaycanla münasibətləri normallaşdırmaq və yeni geosiyasi reallığa uyğunlaşdırmaqdır.
Əgər Paşinyan bu mandatdan istifadə edə bilməsə, növbəti seçkilərdə onun qarşısında təkcə Köçəryan və ya digər müxalif qüvvələr deyil, nəticə görmək istəyən və artıq gözləməkdən yorulan Ermənistan cəmiyyəti dayanacaq. Bu baxımdan 2026-cı il seçkiləri Paşinyanın qələbəsi kimi yox, onun siyasi taleyini müəyyən edəcək son mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.

Amma onu da unutmaq lazım deyil ki, Paşinyan verdiyi vədin üzərində duracaq, ya yox?  Moskva ilə hər hansı bir anlaşma içərisindədirmi?  Pərdəarxası hər hansı bir oyunu varmı? Bunu zaman göstərəcək.  Çünki Ermənistan bu gün rusiyadan iqtisadi, təhlükəsizlik baxımdan hələ də Rusiyadan çox asılı vəziyyətdədir.  Ermənistan sərhədlərini rus sərhədçiləri qoruyur, ölkədə rus hərbi bazası mövcuddur.  Enerji sektoru, dəmiryolu  və digər strateji iqtisadi sektor Moskvanın nəzarətindədir.

Təbii ki, Bakı və Ankara üçün bu seçki  bölgədə dayanıqlı sülhün, sabitliyin, təhlükəsizliyin və sıx inteqrasiya olunmuş əməkdaşlıq formatının yaranması baxımdan mühüm əhəmiyyət kəsb edir. Bakı və Ankara  bölgədə dayanqılı sülh və əməkdaşılıq üçün ilkin real addımlar atsa da, ehtiyatı əldən vermir. Çünki hələ də İrəvanın verdiyi  bəyanatları  yekun sülh üçün yetərli  saymır. Yekun sülüh üçünsə şərtlər bəllidir.   İndi top irəvanın meydanındadır. Bakı  cavab reaksiyanı gözləyəcək.    İrəvan sülhdə maraqlıdırsa, o zaman real addımlar atmalıdır.
 Bakı isə istənilən varianta hazırdır.
 

Mürtəza Bünyadlı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://olke.az
archiveBu xəbər 08 İyun 2026 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri