Icma.az
close
up
RU
Paşinyan seçkini qazandıqdan sonra Konstiutusiyanı dəyişdirəcək və...

Paşinyan seçkini qazandıqdan sonra Konstiutusiyanı dəyişdirəcək və...

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Ermənistan heç vaxt və heç bir üçüncü tərəf qarşısında Konstitusiyanı dəyişdirmək öhdəliyi götürməyib və götürməyəcək”.

Bakıvaxtı.az xəbər verir ki. bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

Bununla belə, nazir Ermənistan Konstitusiyasının dəyişdiriləcəyini bəyan edib:

"Bu, yalnız vətəndaşlarımızın qərarıdır və daxili siyasi gündəliyimizin bir hissəsidir. Bəli, Azərbaycan bu məsələni sülh sazişinin imzalanması üçün şərt kimi irəli sürməkdə davam edir. Biz isə bu şərti qəbul etmirik".

Xatırladaq ki, Ermənistan Konstitusiyasına müvafiq dəyişiklik yekun sülh sazişinin imzalanması üçün Azərbaycanın tələbidir. Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan bundan əvvəl Azərbaycana qarşı ərazi iddiasının yer aldığı Müstəqillik Bəyannaməsinə istinadın Konstitusiyadan çıxarıla biləcəyini istisna etməyib.

Ermənistan Baş naziri Nikol Paşinyan isə 2026-cı ildə tamamilə yeni Konstitusiyanın qəbul olunacağını açıqlayıb.

Politoloq Əli Oruclu Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Ararat Mirzoyanın açıqlaması Ermənistanın daxili auditoriyasına hesablanıb. Onun sözlərinə görə, Ermənistan cəmiyyətində elə fikir var ki, Konstitusiya dəyişikliyi Azərbaycanın şərtidir və Bakının diktəsi ilə edilir:

"O baxımdan Mirzoyan və digər rəsmilərin zaman-zaman bu tipli açıqlamalar verməsi seçki öncəsi erməni ictimaiyyətinin narahatlığını aradan qaldırmaq məqsədi güdür. Əlbəttə, Azərbaycanın əsas tələbi Ermənistan Konstitusiyasından bizə, o cümlədən Türkiyəyə qarşı ərazi iddialarının çıxarılmasıdır”.

Əli Oruclu: Konstitusiya dəyişikliyi Azərbaycanın şərtidir və Bakının diktəsi ilə edilir

Oruclu qeyd edib ki, Ermənistanda referendum keçirilən, Konstitusiya dəyişdirilən zaman bu məsələ də həllini tapacaq. Əks halda dayanıqlı sülhdən danışmaq mümkün deyil:

“Bunu indidən erməni ictimaiyyətinə həzm etdirmək çətindir. Digər yandan müxalifət bu məsələdən hökumətə qarşı maksimum istifadə edir, əhali arasında təbliğat aparırlar”.

Politoloq vurğulayıb ki, Nikol Paşinyanın ilk əsas hədəfi 2026-cı ildə keçiriləcək parlament seçkisində qalib gəlməkdir:

“Baş nazir seçkini qazandıqdan sonra Konstiutusiyanı dəyişdirəcək və Bakının tələbləri icra olunacaq".

Aydın Baxış

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 15 Oktyabr 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri