Icma.az
close
up
RU
Paşinyan sülh üçün daxildə mübarizə aparır ŞƏRH

Paşinyan sülh üçün daxildə mübarizə aparır ŞƏRH

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Baş nazir erməni apostol kilsəsinin siyasi təsirini qırmaq istəyir


 Ermənistanın Baş naziri Nikol Paşinyan və onun həyat yoldaşı Anna Akopyan ilə erməni apostol kilsəsi arasında münasibətlər son illərdə kəskin şəkildə gərginləşib. Bu qarşıdurma, xüsusilə 2020-ci ildəki İkinci Qarabağ müharibəsindən sonra daha da dərinləşib və siyasi müstəviyə keçib. Paşinyan sosial media hesabında kilsə nümayəndələrinə qarşı sərt və təhqiramiz ifadələr işlədib, ruhaniləri onu rahat buraxmağa çağırıb və onların subaylıq andına sadiqliyini açıq şəkildə sorğulayıb. Hökumət başçısının həyat yoldaşı da kilsə nümayəndələrini müxtəlif əxlaqi və ictimai günahlarda ittiham edib.

Erməni apostol kilsəsinin rəhbər orqanı olan Eçmiədzin, Paşinyanı Qarabağla bağlı siyasətinə görə dəfələrlə tənqid edib və 2020-ci ildə onun istefasını açıq şəkildə tələb edib. Paşinyan isə kilsənin cəmiyyətdəki ənənəvi təsir gücünü azaltmaq və onun siyasi rolunu məhdudlaşdırmaq niyyətində olduğunu gizlətməyib. O, Eçmiədzini “təsir agenti” adlandıraraq, kilsənin vergiyə cəlb olunmasının zəruriliyini vurğulayıb. Bu yanaşma isə kilsənin uzun illərdən bəri malik olduğu iqtisadi və hüquqi imtiyazların hədəfə alınması kimi qiymətləndirilir.

Qeyd edək ki, mövcud qarşıdurmanın kökləri Ermənistanın daxili və xarici siyasətində baş verən son hadisələrə, xüsusilə də Qarabağ müharibəsindən sonrakı vəziyyətə və kilsənin bu məsələlərə münasibətinə əsaslanır.


Bu barədə “Şərq”ə danışan Milli Cəbhə Partiyası sədrinin müavini Tural İrfan bildirib ki, Ermənistan dövləti qurulandan bəri bir çox zərərli qərarların verilməsi və icrasında erməni apostol kilsəsinin böyük rolu olub. Xalqımıza qarşı törədilmiş cinayətlərdə, soyqırımı aktlarında kilsənin əhəmiyyətli təsiri olub: 

“Təsadüfi deyil ki, Ermənistanın ilk "milli qəhrəmanı" da 1-ci Vazgendir. Kilsə həmişə dövlətin işinə qarışıb, münaqişələri alovlandırıb, erməniləri xüsusən türklərə qarşı qızışdırıb, xarici maraqlara xidmət edib. Keçən il keşiş Baqratın başçılığı ilə qaldırılmış üsyan da bu qəbildən idi. Qafqaz Müsəlmanları İdarəsinin İrəvan Qazılığını bərpa etməsinin ardınca erməni apostol kilsəsi sərsəm bəyanat imzalayaraq yenidən münaqişəyə, kin-küdurətə çağırdı. Şübhəsiz ki, Ermənistan Baş naziri Nikol Paşinyan görür ki, kilsənin bu cür pozucu əməlləri aparılan dövlət siyasətinə belə uyğun deyil. Hazırda rəsmi İrəvanın sühə meyilli olmasını həzm edə bilməyən kilsə müxtəlif üsullarla pozuculuq etməyə cəhd edir.

Əslində, erməni cəmiyyəti də kilsədən canını qurtarmaq istəyir. Dövlət-din münasibətlərinin gərginləşəcəyini güman etmirəm. Çünki kilsənin tutduğu yolun yanlış olduğunu cəmiyyət də dərk edir və ona görə də kifayət qədər dəstək qazana bilmir. Bəzi xarici dövlətlər Azərbaycanla Ermənistan arasında sülhə gedən yolda maneələr yaratmaq üçün əvvəlcə müxalifəti qaldırmaq istədilər, daha sonra Rusiyaya bağlı qruplar ayaqlandı. Bir qədər sonra qondarma keçmiş rejimin tör-töküntüləri təzədən təşkilatlanmağa cəhd etdilər, lakin hamısı hədər oldu. Daha sonra xarici qüvvələr kilsəyə çevrilib keşiş üsyanına cəhd etdilər. Bu da baş tutmadı. Hazırda isə artıq sülhün həlledici mərhələsindəyik. Ona görə şarlatan qüvvələr son cəhdlərini kilsənin əli ilə sınamaq istəyirlər”.

T.İrfanın sözlərinə görə, Paşinyan hakimiyyətinin məqsədi kilsə ideologiyasından asılılıqdan xilas olmaqdır: “Görürlər ki, kilsənin bölgə xalqlarına qarşı kin və nifrət hissinə bürünmüş ideoloji əsaslarının dövlətə təsiri Ermənistanı yalnız təcrid edir, ona dost yox, düşmən qazandırır. Həm də ikihakimiyyətlilik yaradır ki, bu da bir növü yarı teokratik rejimə bənzəyir. Ermənistanda ümumiyyətlə din-dövlət əlaqələri nizam deyil. Qanunlarda çox boşluq və ziddiyətlər var. Siyasi yöndən isə kilsə özünü dövlətin əsl sahibi kimi görür, güc göstərir, hakimiyyəti özündən asılı duruma salmaq istəyir.

Ancaq hesab edirəm ki, Paşinyan hakimiyyəti erməni apostol kilsəsinin cəhdlərini dəf edə biləcək. İdeoloji məsələlərdə ciddi problemlər yaşaya bilərlər. Ancaq siyasi mərhələdə kilsə tamamilə tam ediləcək. Ona görə ki, kilsənin hazırkı tutumu dövlətin siyasəti ilə əsla uzlaşmır, əhalinin qızışdırılmasına aparır. Qondarma "Böyük Ermənistan" ideyası da məhz kilsənin planlarından idi. Hazırkı sülh proqramında bu ideya məhvə məhkum olur. Din donu geymiş erməni apostol kilsəsi indiyəcən dindən savayı bütün işlərlə məşğul olub. Kilsənin cinayətkar əməlləri, dini dəyərlərə zidd olan fəaliyyəti onların cəmiyyətdəki nüfuzuna da xələl gətirib. Kilsənin əhali arasında nüfuzunun aşağı olmasını hiss edən Paşinyan ona görə kilsənin üstünə ürəklə gedir. Yəni hazırda erməni cəmiyyətini Azərbaycana, Türk millətinə qarşı düşmənçiliyə səsləyən ideoloji mərkəz olan kilsənin sülh prosesinə xələl gətirə bilməməsi üçün Paşinyan bu təhlükəni və maneəni aradan qaldırmaq istəyir. Eyni zamanda özünün hakimiyyətini möhkəmlətmək üçün, kilsənin təsirini qırmaq üçün bu fürsətdən istifadə etməyi məqsəd qoyub. Kilsə dövlətdən ayrı, siyasətə qarışmayan bir qurum olaraq fəaliyyət göstərməlidir. Ölkələr və xalqlar arasında münaqişə yaratmaq, düşmənçilik yaratmaq ideyası hazırkı Ermənistan hakimiyyətinin siyasi addımlarına ziddir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 İyun 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see278

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see268

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see261

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see255

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see249

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see249

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see246

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see241

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see241

Elektrikli bir avtomobilin batareya ömrü nə qədərdir? ARAŞDIRMA

05 Sentyabr 2026 12:31see235

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see234

“İstisu” ilə bağlı iddialar əsassızdır Su daim axır VİDEO

05 Sentyabr 2026 17:52see221

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see221

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see218

Region üzrə yeganə yüksək nəticə göstərən Emilya bu universitetin TƏLƏBƏSİ oldu FOTO/VİDEO

05 Sentyabr 2026 14:23see216

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see214

Mövsümi meyvə tərəvəz niyə bahadır?

05 Sentyabr 2026 15:04see213

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see210

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see209

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri