Icma.az
close
up
RU
Sülh məsələsini uzatmaq üçün Paşinyan bir az da oynaya bilər ŞƏRH

Sülh məsələsini uzatmaq üçün Paşinyan bir az da oynaya bilər ŞƏRH

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Ermənistan Baş naziri Nikol Paşinyan deyib ki, ilə sülh sazişi layihəsinin mətninin 90 faizini razılaşdırmışıq. Baş nazir bildirib ki, bizə Azərbaycanla heç bir müharibə qətiyyən lazım deyil. Həmçinin istənilən təcrübəli müşahidəçi başa düşür ki, daxili siyasi mövqelərimizi gücləndirmək üçün, əksinə, regionda sabitlik lazımdır.

Baş nazir qeyd edib ki, regionda yeni eskalasiya üçün heç bir səbəb görmür.

Ermənistan tərəfinin son günlərdə sülhün imzalanmasını istədikləri və bunun mümkünlüyü ilə bağlı fikirlərini görürük. Paşinyan və digərləri bu mövzuda çağırışlara və sülhsevərliklərinin bəyanına dair çıxışlara davam etsə də, əməldə hər hansı addımın olmadığı göz önündədir. 


Politoloq Natiq Miri "Sherg.az"a söyləyib ki, Paşinyanın dedikləri sözdə həqiqətdir. Ancaq bu həqiqətin yerinə yetirilməsi üçün əməli fəaliyyətə ehtiyac var:

"Bu gün müharibə üçün heç bir zəmin yoxdur. Baxmayaraq ki, hələ də Qərb dünyası rəsmi Bakını ittiham edir, ancaq Azərbaycanın müharibə etmək üçün heç bir səbəbi də yoxdur. O vaxta qədər ki Ermənistandan hər hansı bir təxribat  və ya müharibə çağırışı olmasın. Buna görə də müharibə üçün zəminin olmadığı bir gerçəkdir. Eyni zamanda Paşinyanın dili ilə etiraf əslində Qərb ittihamlarının əridilməsi, zərərsizləşdirilməsi deməkdir. Ona görə də Paşinyanın bu açıqlaması beynəlxalq siyasət baxımından da önəm daşıyır. Çünki havadarlar Azərbaycan təhlükəsindən dəm vurduqca Avropanın müşahidə missiyasının nəyinki Azərbaycan-Ermənistan sərhədlərindən çıxması, əksinə uzunmüddətli qalması və bu tərkibin artırılmasından bəhs edirlər. Əslində bütün ittihamlar boşunadır. Bu xüsusi geosiyasi hədəflərə istiqamətlənib və Azərbaycandan geosiyasi gözləntilərlə bağlıdır. Azərbaycan isə Qərbin bütün istədiklərini edəcək bir dövlət deyil. Bu baxımdan sözdə də olsa bu açıqlamanın bir əhəmiyyəti var. Sülh olacağını biz hiss edirik. Sadəcə bu zaman məsələsidir".


Politoloqun sözlərinə görə, zaman-zaman sülhün dilə gətirilməsi Paşinyan hökumətinin siyasətidir:

"Əvvəla, Azərbaycan münaqişəni daimi gündəmdə saxlamaqla Ermənistanın diqqətlərdən yayınması, gündəmdən düşməsinə imkan vermir. Digər tərəfdən daxili auditoriya üçün "sülh yaxındır" çağırışları müəyyən gözləntiləri özünə kökləyir və ümid yaradır. Çünki 2021-ci il növbədənkənar parlament seçkilərinə Paşinyan Ermənistana sülh gətirəcəyini vəd etdi. Amma yaxın zamanda bunun xüsusilə də bu ilin sonuna qədər olacağı mütləq deyil. Belə bir məcburiyyət də yoxdur. Digər tərəfdən nə qədər tez olsa, həm Ermənistan, həm də Azərbaycanın xeyrinə olacaq. Çünki sülh əməkdaşlıq deməkdir. Əməkdaşlıq isə bütün kommunikasiyaların açılması, ticarət və təhlükəsizlik deməkdir. Belə bir vəziyyətin yaranması regionun inkişafına, eyni zamanda Ermənistanın təhlükəsizliyinə zəmanət verəcək yeganə gerçəkdir. Bunu Ermənistan höküməti də anlayır. Həmçinin müharibə yeni itkilər və növbəti məğlubiyyət deməkdir. Məğlubiyyət Paşinyanı daxili auditoriyada zəiflədər. Bu səbəblə də o, növbəti zərbəni gözə ala bilməz. Əslində Nikol Paşinyanı buna təhrik edənlər də var. Sülh məsələsini uzatmaq üçün Paşinyan bir az da oynaya bilər, amma bu davamlı olmayacaq. Ona görə də sülhün yaxın olduğunu demək olar".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Dekabr 2024 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri