Paşinyan TRIPP dən danışdı: Azərbaycanla bağlı mühüm detal
Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Tramp Marşrutu” (TRIPP) layihəsinin reallaşdırılması Ermənistanın iqtisadiyyatında yeni mərhələnin başlanmasına səbəb olmaqla yanaşı, regiondakı və beynəlxalq logistika əlaqələrinə də təsir göstərə bilər.
Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-da keçirilən “Konkordiya” sammitində panel müzakirəsi zamanı deyib.
O bildirib ki, hazırda İrəvanın əsas diqqəti TRIPP layihəsinin icrasına yönəlib:
“Layihənin həyata keçirilməsi regional əlaqələrin genişlənməsinə imkan verəcək və Ermənistanla Azərbaycan arasında dəmir yolu bağlantısının yaranmasına şərait yaradacaq.
Türkiyə ilə sərhədin açılması və bununla paralel olaraq iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasını da gözləyirik. TRIPP yalnız regiondaxili nəqliyyat əlaqələrinə təsir etməyəcək.
Layihənin həyata keçirilməsi Şərqlə Qərb arasında yeni nəqliyyat xəttinin formalaşmasına və nəticə etibarilə beynəlxalq logistika marşrutlarının dəyişməsinə səbəb ola bilər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 23 Sentyabr 2026 10:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















