Icma.az
close
up
RU
Paşinyan türklərə İrəvanda hansı sirri açdı? Azərbaycanla bağlı mühüm detal

Paşinyan türklərə İrəvanda hansı sirri açdı? Azərbaycanla bağlı mühüm detal

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Ermənistanın İctimaiyyətlə Əlaqələr və İnformasiya Mərkəzinin maliyyə dəstəyi ilə Türkiyənin 10 media nümayəndəsi İrəvanda olub. Baş nazir Nikol Paşinyandan müsahibə götürüblər. Bir ilkə imza atan bu səfər Ermənistanın bölgədə sabit sülhün bərqərar olması və Ankara-İrəvan münasibətlərinin normallaşdırılması istiqamətindəki yanaşmalarını Türkiyə ictimaiyyətinə çatdırmaq məqsədi daşıyıb.

Aydındır ki, bu səfərə gələnlər təmsil olunduqları müxtəlif media orqanlarında səfər təəssüratları barədə geniş reportajlar təqdim ediblər.

Onlardan yalnız biri haqqında söhbət açacam.

İngilisdilli “yetkinreport.com” saytında gedən “Where is the Real Armenia? New answers to old questions” (Real Ermənistan haradadır? Köhnə suallara yeni cavablar) adlı məqalə Ferhat Boratavın qələmindən çıxıb. Bu məqalənin özəlliyi nədədir? Ondan bəhs edəcəm.

Müəllif yazır ki, Türkiyədə belə bir dəyişməz fikir formalaşıb: “Ermənilərin gözü bizim torpağımızdadır, bizdən torpaq istəyirlər”.

Bu inancın əsasını şübhə altına alanların qarşısına Ermənistan Konstitusiyasının preambulasında “Müstəqillik Bəyannaməsi”nə və həmin Bəyannamənin 11-ci maddəsinə istinad çıxacaq: “Ermənistan Respublikası Osmanlıda 1915-ci il Soyqırımının beynəlxalq səviyyədə tanınmasını təmin etmək vəzifəsini dəstəkləyir”. İkinci məqam: 1989-cu il tarixli “Ermənistan SSR-nin və Dağlıq Qarabağ bölgəsinin birləşdirilməsi haqqında” qərar.

“Qərbi Ermənistan”ın haranı əhatə etdiyini görmək üçün ASALA-dan Daşnak Partiyasına qədər irredentist-millətçi hərəkatların yaratdığı hər ölçüdə və rəngdə xəritələrə baxmaq kifayət edir.

Təbii ki, “ərazi iddiası”nı qanuniləşdirmək axtarışı ilə paralel gedən digər siyasət 1915-ci il üçün beynəlxalq kampaniyanın “genosid” kimi müəyyən edilməsi idi.

Nəticədə, hər il mart ayından başlayaraq Türkiyədəki siyasətçilər və jurnalistlər 24 aprel bəyanatında hansı ölkənin “genosid” kəlməsi işlətməsinə diqqət edirdi, Türkiyə ilə problem yaşamayan ölkələr isə “Medz Yeğern” (Böyük Fəlakət) deməsi ilə təsəlli tapırdı.

Ancaq indi onilliklər boyu davam edən vərdişləri dəyişdirmiş bir proses ortadadır.

Qarabağın yenidən Azərbaycan ərazisinə çevrilməsi “Böyük Ermənistan” xülyasının sonu deməkdir.

Martın 10-13-də Türkiyənin 10 media orqanını təmsil edən jurnalistlər İrəvanda səfərdə olublar

Nikol Paşinyan deyir: “Real Ermənistan 29.743 kvadrat kilometr ərazisi olan beynəlxalq səviyyədə tanınmış Ermənistan Respublikasıdır”. Davam edərək bildirir ki, çörəyinizi yediyiniz yer sizin vətəninizdir, gələcəyiniz də o torpağa bağlıdır.

Ancaq indiki real Ermənistanı deyil, həm də Türkiyə və Azərbaycandan olan bölgələri əhatə edən “tarixi” vətən anlayışını güclü şəkildə dəstəkləyən yerli müxalifət və diaspor qrupları da var”.

“Biz “tarixi Ermənistan” axtarışımızı dayandırmalıyıq. Bu, Ermənistan Respublikasını qurmaq və gücləndirmək üçün yeganə yoldur. Əks halda, onsuz da məhdud olan imkanlarımızı “vətənin və dövlətin gələcəyinə zərbə vuran vətən axtarışına” sərf edəcəyik” – Paşinyan belə deyir.

Baş nazir Paşinyan iddia edir ki, “Real Ermənistan” üçün yeni konstitusiya lazımdır. Bəs bu yeni konstitusiyada “soyqırım”a yer olacaqmı? O, bu suala qeyri-müəyyən cavab verir. Ancaq o da faktdır ki, Ermənistanın xarici siyasətində “genosid” məsələsi gündəmdən çıxıb. Ermənistanın hazırkı rəsmi mövqeyi belədir.

Ermənistanda baş verən köklü dəyişikliklərin səbəbi nədir? Ferhat Boratav yazır ki, çünki “Böyük qardaş” Ermənistanın yanında deyil. “Böyük qardaş”ın yoxluğu Ermənistanı Türkiyə və Azərbaycanla anlaşmağa sövq edir: “Ermənistanın baş naziri indi anlayır ki, “Böyük qardaş” oyunda yoxdur.

Ancaq “Böyük qardaş” hər an regiona qayıda bilər.

Hər kəs bu ehtimalı nəzərə almalı və vaxt itirməməlidir”.

Müəllif “Böyük qardaş” dedikdə heç şübhəsiz ki, Rusiyanı nəzərdə tutur. Ancaq Ermənistan elə bir ölkədir ki, ABŞ-ı da, Fransanı da “Böyük qardaş” qismində bağrına basa bilər. Biz Ferhat Boratavın dediyi kimi, erməni xislətində olan bu reallığı nəzərə almalıyıq. O da aydındır ki, “Böyük qardaşı” yanında görən kimi Ermənistanın Türkiyə və Azərbaycana münasibəti 180 dərəcə dəyişəcək. “Real Ermənistan” getdikcə “Tarixi Ermənistan” konsepsiyasına uduzacaq. Ona görə də bölgəmizdə baş verə biləcək istənilən kataklizmlərə hazır olmalıyıq. Bunun üçün isə Azərbaycan Cənubi Qafqazda indiki kimi dominant mövqedə olmalıdır və Türkiyə ilə sinxron hərəkət etməlidir.

Elbəyi Həsənli,
Sürix

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Mart 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see229

Nəsə olsa varlılar yox, siz kasıblar öləcəksiniz Video

03 Oktyabr 2025 10:52see188

Ferrari nin rəhbəri ilə anası arasında varislik davası Məhkəmə qərarı nə olacaq?

02 Oktyabr 2025 12:04see168

Masdar: İlk panelin quraşdırılması Biləsuvar GES layihəsi üçün mühüm mərhələdir

02 Oktyabr 2025 14:55see156

Ağdamda nənə nəvə evdə yandı YENİLƏNİB

02 Oktyabr 2025 15:21see155

“SOCAR Tower” dünyada “İlin ən yaxşı ofis binası” seçilib

02 Oktyabr 2025 04:35see143

UFC çempionu Maqomed Ankalayev ağır çəkiyə nə vaxt keçəyəyini deyib

02 Oktyabr 2025 04:18see141

UEFA Çempionlar Liqası: Barselona uduzdu, Yuventus heç heçə etdi

02 Oktyabr 2025 01:25see140

Onlara qarşı əsassız və haqsız ittihamları qəbul etməyəcəyəm”

02 Oktyabr 2025 18:06see140

Zərdabda direktor və müavini İŞDƏN ÇIXARILDILAR

02 Oktyabr 2025 12:38see136

Samuxda ər boşanmaq istəyən arvadını başından bıçaqlayıb

02 Oktyabr 2025 07:46see132

Nura Surinin anası qazi imiş FOTO

03 Oktyabr 2025 00:20see126

İnternet, yemək içmək və yatmaq: Monteneqroda dünyanın ən qeyri adi yarışlarından biri başladı

02 Oktyabr 2025 04:02see126

Papa Leo: ABŞ Prezidentinin Qəzza üçün sülh planı real təklifdir

02 Oktyabr 2025 02:18see125

Türkiyəli yutuber “Qarabağ”a görə TRT ni tənqid etdi Video

02 Oktyabr 2025 14:33see123

Xalq artisti Tünzalə Ağayeva “Best of Aygun” layihəsində VİDEO

03 Oktyabr 2025 19:21see123

Bu ölkədə sinəsinə silikon edən qadınlara AĞIR CƏZA KONKRET

03 Oktyabr 2025 00:37see121

MDB Oyunları: Bu gün güləş və karate yarışlarına start veriləcək

03 Oktyabr 2025 08:12see121

Tez tez boranı yeməyin orqanizmə 5 faydası

03 Oktyabr 2025 01:01see118

Oktyabrın 3 də havanın temperaturu dəyişəcək

02 Oktyabr 2025 12:35see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri