PAŞİNYAN TÜRKİYƏNİ SEÇDİ Nədən Moskvanın əvəzinə Antaliyaya uçur?
Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 11-də Rusiya Prezidenti Vladimir Putinin sədrliyi ilə Moskvada keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) zirvə toplantısına qatılmayacaq.
“AzPolitika” xəbər verir ki, bu barədə Ermənistan mediası Paşinyanın mətbuat katibi Melaniya Harutyunyana istinadla məlumat yayıb.
Harutunyan bildirib ki, Paşinyan Rusiyanın əvəzinə BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP31) iştirak etmək üçün Türkiyəyə gedəcək. “Anadolu” agentliyinin məlumatına görə, bu tədbirdə 95 ölkənin lideri iştirak edəcək və onlardan biri də Paşinyan olacaq. Onun bu addımı təkcə Ermənistanda deyil, Rusiyada da birmənalı qarşılanmır. Rusiyapərəst erməni müxalifəti həmişəki kimi, Paşinyanı “topa tutur” və Türkityəyə, Azərbaycana “satılmaqda” günahlandırır.
Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyi KTMT zirvə toplantısında Ermənistanın təşkilata üzvlüyünün dayandırılması və ya təşkilatdakı səsvermə hüququnun ləğv edilməsi məsələsinin nəzərdən keçirilə biləcəyini demişdi.
Paşinyan hələ noyabrın 5-də deyib ki, Ermənistan Belarus, Qazaxıstan, Tacikistan və Özbəkistanı da əhatə edən KTMT-yə marağını tamamilə itirib. Bundan əlavə, baş nazir ölkəsinin 2027-2028-ci illərdə Avropa Birliyi üzvlüyünə müraciət etməyə hazır olduğunu açıqlayıb.
İrəvan 2024-cü ilin fevral ayında KTMT-dəki üzvlüyünü faktiki olaraq dayandırıb.
Ermənistan və Rusiya arasında münasibətlər 2026-cı ilin yazında İrəvanın AB ilə yaxınlaşması səbəbindən yenidən pisləşib. Moskva Ermənistan məhsullarının tədarükünə məhdudiyyətlər qoymağa başlayıb. May ayında Paşinyan Moskvada keçirilən Qələbə Günü paradında iştirak etməkdən imtina edib və Ukrayna məsələsində Rusiyanı dəstəkləmədiyini bildirib.
Cavab olaraq Putin Ermənistanı öz xarici siyasət kursunu referendum yolu ilə müəyyən etməyə çağırıb və Avropaya inteqrasiya istəklərinin bədəlini müharibə ilə ödəmiş Ukraynanın taleyini misal göstərib. Lakin bu təhdidlərə baxmayaraq, Paşinyan referendum keçirməkdən imtina edir. Eyni zamanda, o, Ermənistanın artıq Rusiyanı "strateji tərəfdaş" hesab etmədiyini və Gümrüdəki hərbi bazasına da ehtiyacının olmadığını bildirir. Lakin Paşinyan hökuməti indiyə qədər nə KTMT-dən, nə də Avrasiya İqtisadi Birliyindən çıxmaq barədə bu qurumlara rəsmi müraciət göndərməyib. Moskva isə İrəvanı bu təşkilatlardan qovmağa sanki tələsmir. Hər halda, bu siyasi gizlənpaç oyununa hələlik son qoyulacağına oxşamır. Bütün bunların fonunda sabah KTMT zirvə toplantısında Ermənistanla bağlı qəbul ediləcək mümkün radikal qərar( əgər qəbul edilsə) bu istiqamətdə atılacaq ilk konkret addım ola bilər…
C.Məmmədli
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 10 Noyabr 2026 10:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















