Icma.az
close
up
RU
Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.

POLİPLƏRİ VAXTINDA GÖTÜRMƏK XƏRÇƏNG RİSKİNİ AZALDIR - SAF Hospital-ın qastroenteroloq-hepatoloq, endoskopist həkimi Dr. Aydın Abbasov

Mədə xərçəngi uzun müddət heç bir ciddi ağrı və narahatlıq yaratmadan inkişaf edə bilər. Xəstəliyin ilkin mərhələlərində əlamətlərin hiss olunmaması isə onun vaxtında aşkarlanmasını çətinləşdirir. Lakin mədədə yaranan törəmənin yerləşdiyi nahiyədən asılı olaraq zamanla fərqli şikayətlər meydana çıxa bilər.

SAF Hospital-ın qastroenteroloq-hepatoloq, endoskopist həkimi Aydın Abbasov mədə xərçənginin təhlükəli xüsusiyyətləri, poliplərin vaxtında aşkarlanmasının əhəmiyyəti və xəstəliyin əlamətləri barədə məlumat verib.

Həkimin sözlərinə görə, mədədə yaranan törəmələr, xüsusilə ilkin mərhələlərdə, ağrısız ola bilər. Buna görə də insan uzun müddət özündə ciddi problem hiss etməyə bilər. Şikayətlərin xarakteri isə əsasən törəmənin mədənin hansı hissəsində yerləşməsindən asılıdır.

Mədənin giriş hissəsində, yəni qida borusu ilə birləşən nahiyədə yerləşən şişlər zamanı ilk növbədə udma çətinliyi yaranır. Əvvəlcə bərk qidaların mədəyə keçməsi çətinləşir. Törəmə böyüdükcə keçid daha da daralır və xəstə hətta maye qəbul etməkdə, su içməkdə belə çətinlik çəkə bilər. Bu, xəstəliyin irəliləmiş mərhələlərində müşahidə oluna bilən ciddi əlamətlərdəndir.

Mədənin çıxış hissəsində yerləşən törəmələr isə qidanın mədədən bağırsağa keçməsinə mane ola bilər. Belə hallarda xəstədə ürəkbulanma, yeməkdən sonra ağırlıq və təkrarlanan qusma müşahidə edilir. Xəstə qəbul etdiyi qidanı həzm edə bilmədiyindən zamanla çəki itkisi və qidalanma pozğunluğu da yarana bilər.

Dr. Aydın Abbasov mədə xərçənginin qarşısının alınmasında və erkən aşkarlanmasında poliplərin vaxtında müəyyən edilməsinin əhəmiyyətini də vurğulayır. Xüsusilə adenomatöz poliplər diqqət tələb edir. Bu poliplər xərçəngönü dəyişiklik hesab olunur və zamanında aşkarlanaraq uyğun üsulla götürülmədikdə gələcəkdə bədxassəli törəməyə çevrilmə riski daşıyır.

Yoğun bağırsaqda aşkarlanan poliplərin də, xüsusilə adenomatöz poliplərin, kolonoskopiya zamanı götürülməsi və histoloji müayinəyə göndərilməsi vacibdir. Poliplərin vaxtında xaric edilməsi bəzi hallarda gələcəkdə kolorektal xərçəngin inkişaf riskini azaltmağa imkan verir, deyə qastroenteroloq vurğulayıb. 

Mütəxəssislər xəbərdarlıq edirlər ki, mədə-bağırsaq sistemində yaranan davamlı narahatlıqları adi həzm problemi kimi qiymətləndirmək düzgün deyil. Udma çətinliyi, səbəbsiz arıqlama, təkrarlanan qusma və uzunmüddətli mədə narahatlığı zamanı mütləq həkimə müraciət edilməlidir.

Unutmayın, mədə-bağırsaq xəstəliklərində erkən diaqnostika həyat qurtara bilər.

Günel İbadova
Saglamolun.az

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:312
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 10 Noyabr 2026 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri