Icma.az
close
up
RU
Paşinyan Vaşinqtonda sazişlərin imzalanması zamanı əşya rolunu oynayıb Köçəryan

Paşinyan Vaşinqtonda sazişlərin imzalanması zamanı əşya rolunu oynayıb Köçəryan

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Baş nazir Nikol Paşinyan Vaşinqtonda Azərbaycanla sazişlərin imzalanması zamanı sadəcə orada olan bi əşya rolunu oynayıb.

Bizimyol.info xəbər verir ki, bunu Azərbaycan ərazilərinin işğalında, qətllərdə, bölgənin dağıdılmasında xüsusi rolu olan, Ermənistanın ikinci prezidenti Robert Köçəryan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar gələcək dəhlizə, İranla sərhədə effektiv nəzarət etmək imkanına və Trampın Nobel mükafatına namizədliyinə nəzarəti əldə edib. “Azərbaycan Ermənistan ərazisindən keçən dəhliz hüququ, Minsk Qrupunun buraxılması və 907 saylı qətnamənin ləğvi ilə əldə edilib”, - deyə bildirib.

O, Ermənistanın əldə etdiyi sənədlərdə heç nə görmədiyini iddia edib: “Sıfır, yalnız problemlər”, - deyə qeyd edib.

Eyni zamanda o, baş nazir Nikol Paşinyanın ABŞ prezidentindən “şəxsən nəyisə aldığını” iddia edib. “O, Trampın imzası olan tək fotoşəkil, eləcə də heç bir hüquqi qüvvəsi olmayan və erməni xalqının növbəti dəfə aldadılmasına imkan verən sənəd alıb. Bütün bunlardan yalnız bir nəticə çıxarmaq olar. Nikol Paşinyan ABŞ-da Ağ Evdə sadəcə görüntü idi. Orada stol, stullar, rəsmlər, bayraqlar və Paşinyan var idi”, - deyə Köçəryan bildirib. O, həmçinin qeyd edib ki, sənədin paraflanması liderlərin gələcək imzalanması üçün sadəcə texniki məsələdir.

O, dövlət başçılarının iştirakı ilə sazişin necə paraflana biləcəyini qeyri-müəyyən hesab edir. Axı, hər şey razılaşdırıldıqdan sonra sazişi yekunlaşdırmaq üçün dövlət başçılarının görüşündən yaxşı vaxt ola bilməz.

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderləri münaqişənin sülh yolu ilə həlli ilə bağlı birgə bəyannamə imzalayıblar.

ABŞ prezidentinin sözlərinə görə, Ermənistan Tramp marşrutu (TRIPP) çərçivəsində Azərbaycanın Naxçıvanla quru əlaqə yaratmağa ümid etdiyi marşrutun inkişafı üçün ABŞ-a 99 ilə qədər eksklüziv uzunmüddətli hüquqlar verəcək.

Amerika tərəfi torpaq sahəsini infrastruktur və idarəetməyə cavabdeh olan konsorsiuma subicarəyə verməyi planlaşdırır.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 07 Oktyabr 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see196

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see195

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see141

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see135

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri