Icma.az
close
up
RU
Paşinyan Vaşinqtonu seçdi, Kremlin hədəsi nəticə vermədi Ekspert

Paşinyan Vaşinqtonu seçdi, Kremlin hədəsi nəticə vermədi Ekspert

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Görünür Rusiya tərəfindən ABŞ-la Ermənistan arasında strateji tərəfdaşlıq sazişinin imzalanacağı ilə bağlı öncədən kəşfiyyat məlumatı olub”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın Rusiyaya planlaşdırılan səfərinin 2 aydan çoxdur reallaşmaması səbəbindən danışarkən deyib:

"Belə bir sənədin imzalanmasından öncə Ermənistan xarici işlər nazirinin Moskvaya dəvət olunması, əslində, Vaşinqtonla imzalanan sənədin ləngidilməsi, hətta tamamilə kənara qoyulması, imzalanmasından qaçmaq mümkünsüzsə, onun Rusiya-Ermənistan münasibətlərinə mənfi təsir etməsinin qarşısını almağa hesablanıb. Kreml Mirzoyanı Moskvaya dəvət etməklə bu barədə onu xəbərdar etmək istəyib”. 


Ekspertin fikrincə, bundan xəbərdar olan Ermənistan hakimiyyəti də XİN rəhbəri Mirzoyanın ABŞ-a səfərinə nail olur:

"ABŞ-la imzalanan strateji tərəfdaşlıq sazişindən sonra Mirzoyanın Moskvaya ediləcək səfəri bu mənada əslində "arxadan atılan daş” effektinə bənzəyəcək”. 

T. Əliyev düşünür ki, Ermənistan ABŞ-la əlaqələrində qətiyyətli addım atmaqla artıq Moskvanın təzyiq və təhdidləri qarşısında geri çəkilməyəcək:

"Rusiya tərəfi Paşinyanın devrilməsilə bağlı bütün ssenariləri işə salsa da, heç bir nəticəyə nail olmayıb. Trampın gəlişi ərəfəsində İrəvan ABŞ-Ermənistan münasibətlərinin yeni mərhələsindən məharətlə istifadə edərək, həm ölkənin Avropa İttifaqı ilə əməkdaşlığının sürətləndirilməsi, həm də KTMT, MDB kimi təşkilatlardan uzaqlaşmaq istiqamətində qətiyyətli addımlar ata bilər”. 

Qeyd edək ki, iki aydan çoxdur Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Moskvaya səfəri planlaşdırılsa da, hələ də bu səfər baş tutmayıb. Bu barədə Ermənistan XİN-in mətbuat katibi məlumat verib. Rusiya XİN-in rəhbəri Sergey Lavrov da bildirib ki, erməni həmkarının Moskvaya səfəri tezliklə baş tuta bilər. Amma buna baxmayaraq, səfərin 2 aydan çox müddətdə ləngiməsi müəyyən suallar doğurur. 

Rüfət Sultan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 15 Yanvar 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see427

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see341

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see302

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see293

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see237

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see236

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see230

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see214

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see209

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see199

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see193

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see187

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see187

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see181

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see177

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see176

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see171

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see167

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see149

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri