Icma.az
close
up
RU
Paşinyan xahiş etdi, Bakı mümkünsüzdür dedi Tramp da onlarla bağlı qərarı gözləyir

Paşinyan xahiş etdi, Bakı mümkünsüzdür dedi Tramp da onlarla bağlı qərarı gözləyir

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycana qarşı hərbi cinayətlərdə ittiham olunan və Bakıda məhkəməsi davam edən ermənilərin Ermənistana təhvil verilməsi məsələsi təkrar gündəmə gətirilib. Lakin rəsmi Bakının İrəvana bu mövzuda mövqeyini qəti şəkildə bildirdiyi, həmin şəxslərin buraxılmasının mümkün olmadığını vurğuladığı qeyd olunur. Məlumata görə, Azərbaycan tərəfi ümumiyyətlə bu mövzunun beynəlxalq səviyyədə qaldırılmamasını tələb edib.

Həmçinin İrəvan hökumətinin də sözügedən şəxslərin qaytarılmasını istəmədiyi, sadəcə 2026-cı il parlament seçkiləri öncəsi ictimaiyyətin dəstəyini qazanmaq üçün bu məsələyə toxunduğu vurğulanır.

Globalinfo.az-a danışan politoloq Elşad Həsənov bildirib ki, Ermənistan 8 avqustda sülh müqaviləsinin paraflanmasına dair Azərbaycanla imzalanan sənədi ratifikasiya edib:

“Vaşinqton Bəyannaməsi imzalandı, Zəngəzur dəhlizinin açılması üçün “Tramp marşrutu” ilə bağlı razılıq əldə edildi. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ATƏT-in Minsk qrupunun ləğvi üçün birgə müraciət etdilər, nəticədə o da yerinə yetirildi. Minsk qrupunun ləğvindən sonra qüvvədə qalan əsas məsələ Ermənistan Konstitusiyasının dəyişdirilməsidir.

Nikol Paşinyan həmin görüşdə ABŞ Prezidenti Donald Trampdan Bakıda məhkəməsi davam edən erməni hərbi cinayətkarların azad olunmasını xahiş etmişdi. Lakin Paşinyan bunu öz istəyi ilə etmir, anlayır ki, həmin şəxslər əslində onun özünə qarşıdırlar.

Həmçinin oxuyun:

Ermənistanın işğalçılıq siyasəti bir daha təsdiqləndi – MƏHKƏMƏ

Azərbaycan hərbi cinayətkarları istintaqa cəlb etməklə İrəvana da yardım etmiş oldu. Həmin şəxslərin həbsi nəticəsində Rusiyanın Qarabağla bağlı planları da reallaşmadı. Onların məhkəməsi davam edir və uyğun qərarın veriləcəyi gözlənilir. Donald Tramp da bu məsələdə məhkəmənin qərarını gözləyir”.


Elşad Həsənov

Piolitoloq bildirib ki, Azərbaycanın hazırda yeganə tələbi konstitusiya dəyişikliyidir:

“Ermənistanda bu istiqamətdə işlərə başlanıb. Nikol Paşinyanın çıxışlarından da məlum olur ki, o, “real Ermənistan”ın real konstitusiyasının yaradılmasını irəli sürür, ölkəsinin miflərdən ayrılmalı olduğunu dəfələrlə vurğulayır.

2027-ci ilə qədər sözügedən prosesin başa çatacağı gözlənilir. Bu isə o deməkdir ki, sülh müqaviləsinin imzalanması həmin vaxta qədər uzanacaq. Lakin fikrimcə, 2026-cı ildə keçiriləcək parlament seçkilərinə qədər, yaxud da həmin ərəfədə konstitusiya dəyişikliyi baş tutacaq. Paşinyanın komandası bu istiqamətdə çalışır, amma ona mane olmaq istəyən qüvvələr də mövcuddur. Həmin şəxsləri də Rusiya dəstəkləyir. İrəvan isə Moskvanın təsirindən çıxaraq Qərbin “çətiri” altına girməkdədir.”

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 Sentyabr 2025 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri