Paşinyan Yekaterinburqda keçirilən İnnoprom 2026 sərgisində iştirak ETDİ
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Yekaterinburq şəhərində keçirilən “İnnoprom-2026” beynəlxalq sənaye sərgisini ziyarət edib.
Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Məlumata görə, Nikol Paşinyan səfər çərçivəsində sərgi pavilyonlarını gəzərək sənaye və yüksək texnologiyalar sahəsində təqdim olunan yeniliklərlə tanış olub.
Bildirilir ki, tədbirdə Rusiya, Belarus, Qırğızıstan və Qazaxıstanın baş nazirləri, eləcə də İndoneziyanın sənaye naziri iştirak ediblər.
Qeyd olunur ki, hökumət rəsmiləri tibb, dəzgahqayırma və maşınqayırma sahələrində nümayiş etdirilən innovativ həllərlə tanış olub, həmçinin Belarus istehsalı olan “MAZ 303T21” markalı yeni trolleybusu sınaqdan keçiriblər.
Məlumata əsasən, iyulun 6–9-da keçirilən “İnnoprom-2026” sərgisində Nikol Paşinyan spiker qismində də çıxış edib.
Bildirilir ki, bu il sərginin tərəfdaş ölkəsi qismində ilk dəfə İndoneziya iştirak edir. Paşinyan səfərlə bağlı görüntüləri sosial şəbəkə hesabında da paylaşıb.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 06 İyul 2026 16:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















