Azərbaycan şirkətləri “INNOPROM. Belarus” sərgisində təmsil olunub
Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Minskdə keçirilən “INNOPROM. Belarus” beynəlxalq sənaye sərgisində Azərbaycan şirkətləri müxtəlif sahələri əhatə edən məhsullarla vahid ölkə stendində təmsil olunurlar.
XQ İqtisadiyyat nazirliyinə istinadən xəbər verir ki, 30 sentyabr – 2 oktyabr 2026-cı il tarixlərində iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Belarus Respublikasının Minsk şəhərində keçirilən “INNOPROM. Belarus” beynəlxalq sənaye sərgisində iştirak edib.
Azərbaycan şirkətləri sərgidə vahid ölkə stendi ilə təmsil olunur. Stenddə sənaye və texniki həllər, xüsusi təyinatlı işçi ayaqqabıları, lak-boya və tikinti-kimya məhsulları, sənaye filterləri, istilik izolyasiya materialları, maşınqayırma, xüsusi və sənaye texnikası, eləcə də polad və digər metal məmulatları nümayiş etdirilir.
Sərgi çərçivəsində Azərbaycan şirkətlərinin sənaye məhsul və həllərinin beynəlxalq iştirakçılara təqdim edilməsi, yeni tərəfdaşlıqların qurulması və ixrac imkanlarının genişləndirilməsi üçün müzakirələr aparılıb.
Qeyd edək ki, “INNOPROM. Belarus” sənaye, maşınqayırma, metallurgiya, sənayenin avtomatlaşdırılması, rəqəmsal texnologiyalar və innovativ həllər sahəsində fəaliyyət göstərən şirkətləri bir araya gətirən beynəlxalq sənaye platformasıdır.
Müşfiq MİRZƏ
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 05 Oktyabr 2026 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















