Icma.az
close
up
RU
Paşinyan yeni təklifi ilə dünyanı və Azərbaycanı aldatmaq istəyir AÇIQLAMA

Paşinyan yeni təklifi ilə dünyanı və Azərbaycanı aldatmaq istəyir AÇIQLAMA

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

"Avropa İttifaqının mülki missiyasının sərhədlərdən çıxarılması ilə bağlı Paşinyanın növbəti təklifi gözdən pərdə asmaqdan başqa bir şey deyil, məsələnin əsl mahiyyətini gizlətmək cəhdidir. Azərbaycanın sülh sazişinin imzalanması üçün qoyduğu mühüm şərtlərdən biri sərhəddə üçüncü ölkələrin nümayəndələrinin missiyasının olmamasıdır. Bu hətta sülh sazişinin mətnində də qeyd olunub". 
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Aydın Quliyev deyib. 
"Ermənistan nəinki bunun həyata keçirilməsini istəyir, hətta ciddi cəhdlə missiyanın qalma müddətini daha iki il uzatmağa nail oldu. 2027-ci ilin fevral ayına qədər həmin missiyanın Ermənistanda qalması üçün hüquqi əsas var. Paşinyan Vaşinqtonda Atlantik Şurada guya Azərbaycanın bu tələbi ilə razılaşması ovqatı nümayiş etdirib. Aldadıcı təklif irəli sürür ki, sərhədlərin delimitasiya olunmuş hissəsindən Aİ missiyasını çıxarmağa razıdır. Müharibə 4 ildir ki, bitib. Azərbaycan sərhədlərin delimitasiyası məsələsini həmin dəqiqə qaldırıb ancaq 4 ildə ancaq 12 kilometr sərhəd delimitasiya olunub. Hələ 980 kilometrdən çox sərhəd xətti delimitasiya olunmadan qalır. Belə vəziyyətdə Paşinyan dünyanı və guya Azərbaycanı aldatmaq istəyir ki, bütün sərhədlərdə delimitasiya bitənə qədər Aİ missiyasi qalsın. Azərbaycan buna icazə versə, delimitasiya məsələsi illərlə uzadılacaq. Bəlkə də 15-20 il vaxt gedəcək. Bu illər ərzində 300-400 kilometr sərhəd delimitasiya olunacaq və qalanı gələcək nəsillərə qalacaq. Paşinyan həmin təklifi ilə Aİ missiyasını sərhəddə ya bir neçə il, ya da əbədi olaraq qalmasına çalışır. Azərbaycan bu aldadıcı təklifə qəti şəkildə getməyəcək".
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Vaşinqtonda Atlantik Şuranın müzakirələri zamanı deyib ki, Ermənistan Aİ-nin mülki missiyasını Azərbaycanla sərhədin delimitasiya olunmuş hissələrinə yerləşdirməməyə hazırdır.
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Fevral 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri