Icma.az
close
up
RU
Paşinyan yola salına, onun yerinə isə yeni fiqurlar irəli sürülə bilər ŞƏRH

Paşinyan yola salına, onun yerinə isə yeni fiqurlar irəli sürülə bilər ŞƏRH

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu, Alen Simonyan da ola bilər, başqası da


Paşinyan haqqında “Rusiya ilə düşməndir” fikirləri tam həqiqəti əks etdirmir


Ermənistan Baş naziri Nikol Paşinyan fəal şəkildə 2026-cı il parlament seçkilərinə hazırlaşır.

Bu barədə “İravunk” qəzeti məlumat yayıb.

Nəşrin fikrincə, günbəgün dəyişən geosiyasi vəziyyət mürəkkəbləşir və Nikol bu fonda

 kiminlə razılaşacağını bilmir, ona görə də bütün əsas oyunçuları - rusları, amerikalıları, türkləri razı salmağa çalışır:

“Baş nazir rusları razı salmaq həm onların gözündə, həm də Ermənistan daxilində çox mənfi reytinqə malik parlament sədri Alen Simonyanı qurban vermək qərarına gəlib. Alenlə bağlı qalmaqallar silsiləsi bu yaxınlarda bir sıra xarici KİV-lərdə dərc olunan məqalələrlə davam edir. Həmin təhlillərdə Aleni amerikalı pedofil Epşteynlə müqayisə edirlər. Bundan əlavə, Nikol Aleni qlobalistlərin baş nazirliyə əsas namizədi hesab edir. Onun fikrincə, qlobalistlər uğur qazansalar, Alen onu əvəz edə bilər.

Nikolun ətrafının dediyinə görə, Alenlə bağlı məsələ artıq həll olunub. Nikol qələbə qazansa, o, gələcək parlamentin sədri olmayacaq. Nikol artıq rusları buna inandırıb. Aleni də çox qəzəbləndirməmək üçün Nikol onun ən yaxın qohumları ilə bağlı cinayət işlərini də dondurub”.


Politoloq Əhəd Məmmədli Sherg.az-a bildirib ki, 1 ildən çoxdur ki, Alen Simonyanın Paşinyanın xələfi ola biləcəyi ilə bağlı şayiələr dolaşır:


"Ola bilsin ki, Alen Qərbin kadrıdır. Onsuz da Cənubi Qafqazda belə proseslər tez-tez baş verir. Yəni hakimiyyət daxildən dəyişdirilə bilər. “Narıncı inqilab” da məhz bu cür baş vermişdi. Hakimiyyətin öz daxilində dəyişikliklər olmuşdu və bu, inqilab qüvvələri vasitəsilə həyata keçirilmişdi. Amma Ermənistan halında bu proses saray daxilində, daha sakit bir yolla baş verə bilər. Yəni Nikol Paşinyan artıq lazım olmadıqda yola salına, onun yerinə isə yeni fiqurlar irəli sürülə bilər. Bu, Alen Simonyan da ola bilər, başqası da. Əslində, Nikol Paşinyan Qərbə meyilli siyasətçi kimi təqdim olunsa da, Rusiya ilə münasibətlərində də müəyyən balans saxlayıb. Bəziləri düşünür ki, guya Paşinyanı Rusiya qəbul etmir. Amma fakt budur ki, Paşinyanın dövründə Rusiya-Ermənistan ticarət dövriyyəsi 13 milyarda qədər artıb. Bu da onu göstərir ki, Rusiya sanksiyalardan yan keçmək üçün Ermənistandan mühüm tranzit məntəqə kimi istifadə edir. Məsələn, Çindən gətirilən çiplərin bir qismi Ermənistandan keçməklə Rusiyaya çatdırılır. Qərb isə buna göz yumur. Halbuki Azərbaycan eyni iqtisadi əlaqələri qursa, dərhal sərt təzyiqlərlə üzləşərdi. Bu isə bir daha göstərir ki, Paşinyan haqqında “Rusiya ilə düşməndir” fikirləri tam həqiqəti əks etdirmir. Əksinə, o, bir çox hallarda Rusiyanın maraqlarını da nəzərə alır. Məsələn, Vaşinqtondan qayıdanda Paşinyanın ilk telefon zəngi məhz Putinə olub. Əgər əksinə olsaydı, ilk əlaqəsini Makron və ya başqa Qərb lideri ilə qurardı. Ermənistanda bu proseslərin davam etməsi mümkündür. Paşinyanın reytinqi bir vaxtlar azalsa da, sonradan xəbərlər yayıldı ki, onun nüfuzu yenidən yüksəlir. Bu, həm də informasiya müharibəsinin tərkib hissəsidir: müxalifət özünü üstün göstərməyə, iqtidar isə öz gücünü önə çıxarmağa çalışır".


Analitik əlavə edib ki, böyük ehtimalla Paşinyan növbəti parlament seçkilərində yenidən qalib gələcək:

"Sadəcə, əvvəlki kimi tam səs çoxluğu toplamaya, koalisiya iqtidarı ilə razılaşa bilər. Belə halda isə əsas sual ondan ibarət olacaq: bu koalisiya hansı istiqamətdə hərəkət edəcək, hansı qüvvələrlə razılaşacaq? Bu proseslərdə Rusiya, ABŞ , Fransa, eləcə də Türkiyə və Azərbaycan da nəzərə alınmalıdır. Əslində, bu, təkcə Ermənistana xas deyil. Dünyada balaca dövlətlər, hakimiyyətlər çalışırlar ki, böyük güclərin maraqlarını nəzərə alsınlar".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Sentyabr 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see272

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see260

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see255

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see241

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see232

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see220

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see216

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see192

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see188

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see181

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see181

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see180

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see166

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see161

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see156

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see146

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see144

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see138

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see136

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri