Icma.az
close
up
RU
Paşinyana qarşı Ambartsumyan və ya sabiqlərin uğursuz təşəbbüsü

Paşinyana qarşı Ambartsumyan və ya sabiqlərin uğursuz təşəbbüsü

Ayna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“İndiki şəraitdə nə Köçəryanın, nə Sarkisyanın, nə də Ambartsumyanın Paşinyanın kreslosunu tutmaq şansı var”

Ermənistanın Baş naziri Nikol Paşinyanın impiçmenti məsələsi gündəmdədir. Belə ki, bir müddət əvvəl erməni parlamentində müxalif “Şərəfim var” fraksiyası olan sabiq Prezident Serj Sarkisyanın Respublika Partiyası hazırkı hökumət başçısının impiçmenti prosesinə başlamaq qərarı verib və Ararat vilayətinin Masis icmasının rəhbəri, təşkilatın Şura üzvü David Ambartsumyanın bu vəzifəyə namizədliyini irəli sürüb. Baş nazirliyə namizədin özü də bu təklifi qəbul edib və hətta artıq mediada çıxışlar edir. Amma Sarkisyan Paşinyanın impiçmenti üçün parlamentdə səs verəcək lazım olan sayda deputat tapa bilmir. Paşinyanın impiçmenti üçün Respublika Partiyasının digər müxalif fraksiya, sabiq Prezident Robert Köçəryanın “Ermənistan” bloku ilə danışıqlar apardığı bildirilir. Əvvəlki danışıqlarda nəticə olmayıb, yenidən cəhd haqqında məlumatlar var.

Erməni analitiklər isə hesab edirlər ki, Baş nazirin impiçmenti, daha doğrusu, Sakrisyanın niyyətinin alınması mümkün görünmür. Erməni siyasi icmalçı Tevos Arşakyan mövzu ilə bağlı yazısında qeyd edib ki, etimadsızlıq səsverməsinin baş tutması üçün deputatların səsi lazımdır: “Müxalifət - “Ermənistan” və “Şərəfim var” fraksiyaları birlikdə parlamentdə cəmi 34 deputat mandatına sahibdir. Daha 20 deputatın səsini haradan alacaqlar? Axı reqlamentə görə, hökumət başçısına etimadsızlıq üçün 107 deputatdan azı 54-ü impiçmentə səs verməlidir. Düzdür, “Ermənistan” fraksiyasından olan deputat Artur Xaçatryan müstəqil deputatların dəstəyini necə təmin edə biləcəyi ilə bağlı nələrsə dedi, amma parlamentdə müstəqil deputatlardan cəmi 4-ü var. Daha 16-nı haradan alacaqlar? Yoxsa hakim “Mülki müqavilə” fraksiyasının deputatlarının onların sərsəm ideyasını dəstəkləyəcəyini düşünürlər? Tamamilə axmaq bir fərziyyədir”.

“Daha bir məsələ odur ki, parlamentdəki müxalifət Baş nazir postuna namizədlə bağlı öz aralarında belə razılığa gələ bilmirlər. Xüsusilə, həmin Xaçatryan iddia edir ki, Ambartsumyanın namizədliyi ilə bağlı fraksiya müzakirələr aparacaq, blokun iki komponenti öz rəyini bildirəcək, bundan sonra qərar və bəyanat veriləcək. Yəni, Köçəryanla Sarkisyanın razılığa gələ biləcəkləri tamamilə mümkün deyil. Üstəlik, onların hər biri ürəyində Paşinyanın kreslosunda oturmaq arzusunda olduğu üçün burada pərdəarxası oyun kifayət qədər aqressiv olacaq”, - Arşakyan əlavə edib.

Analitik Xaçatryanın Paşinyanı küçə ilə hədələməsinin də gülünc olduğunu bildirib: “Xaçatryan deyir ki, “biz həmişə demişik ki, küçə təzyiqi olmadan hakimiyyətin dəyişməsi mümkün deyil". Haqlıdır, 2018-ci ilin yazındakı hadisələr sübut etdi ki, küçə təzyiqi olmadan hakimiyyətin dəyişməsi mümkün deyil. Amma o zaman xalq məhz indi hakimiyyətə can atanları vəzifələrindən qovdu. İndi sabiqlər Paşinyanın taktikasından istifadə etməyə çalışırlar, lakin bu təşəbbüs uğursuzluğa məhkumdur – bütövlükdə xalq çətin ki, onlara dəstək versin”.

“Ambartsumyanın namizədliyinə gəlincə, düzünü desəm, onu Paşinyana rəqib seçmək qəribə qərardır. Bəli, bəlkə də onun Masisdə müəyyən nüfuzu var, amma bütün ölkədə yoxdur. İrəvanın, Gümrünün, İcevanın Ambartsumyanın ardınca gedəcəyini gözləmək axmaqlıqdır. Ambartsumyanın qardaşının fahişəliyə şərait yaratmaqla bağlı biabırçı işdə həbs edildiyini də xatırlayırıq. Müxalifət isə xalqdan istəyir ki, belə adamları iqtidar etsin?”, - deyə siyasi icmalçı əlavə edib.

Arşakyan xatırladıb ki, parlamentə növbəti seçkilər 2026-cı il iyunun 7-də keçiriləcək: “Ermənistanda keçirilən son seçkilər müxaliflərə etimad göstərilməyəcəyini sübut edib. Cəmiyyət iki şərdən daha az şər olanı seçəcək. Şübhəsiz ki, özünü daha çox populist kimi göstərsə də, hələ də Paşinyanın reytinqi yüksəkdir. İndiki şəraitdə nə Köçəryanın, nə Sarkisyanın, nə də Ambartsumyanın Paşinyanın kreslosunu tutmaq şansı var. Onlar əslində bunu başa düşürlər. Ona görə də bütün bu hay-küyləri qabaqcadan impiçmentlə başlayıblar ki, heç olmasa bu yolla gündəmdə qalsınlar, mediada görünsünlər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://ayna.az
archiveBu xəbər 19 İyun 2025 19:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see182

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see149

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see133

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri